Gündəm

Qətər Əmiri "Zeytun budağı" hərbi əməliyyatını dəstəkləyir

25 Yanvar 2018 11:40

Qətər Əmiri şeyx Təmim bin Həməd Al Tani Türkiyənin Suriyanın Afrin bölgəsində apardığı hərbi əməliyyatı dəstəkləyir. Qətər Əmiri ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı öz dəstəyini ifadə edib.

2 yaşlı qız siqaret çəkir, söyüş söyür - Valideynləri də baxıb gülür - VİDEO 

25 Yanvar 2018 11:39

Polis sosial şəbəkədə videosu yayılan 2 yaşlı qızın valideynlərini axtarır. Videoda təxminən 2 yaşı olan qızın siqaret çəkməsi, söyüş söyməsi əks olunub. Kadrlar Rusiyanın Vladikavkaz bölgəsində çəkilib. Kameraya uşağın valideynlərinin də səsi düşüb. Onlar videoda gülür, uşağa söyüş öyrədirlər. Uşağın siqaret çəkərkən öskürməməsindən məlum olur ki, siqaret çəkməsi ilk dəfə deyil, o, artıq öyrəşib.

Müdafiə Nazirliyindən cəbhədə itkilər xəbəri ilə bağlı- AÇIQLAMA

25 Yanvar 2018 11:36

Guya cəbhə xəttində gərginliyin yaranması, Azərbaycan tərəfinin itkilər verməsi barədə Ermənistan tərəfinin təxribat məqsədilə yaydığı xəbərin heç bir əsası yoxdur. Bunu Müdafiə Nazirliyi Mətbuat Xidmətindən bildiriblər. 

Aparıcının həbsdə olan Fədayə ilə bağlı sualına gülərək elə cavab verdi ki ...

25 Yanvar 2018 11:35

Dünən "5/5"in qonağı olan Tacir Şahmaloğlu qalmaqallı etirafları ilə maqazin gündəmini yenidən dəyişəcək kimi görünür.

Nəsimi rayonunda 2017-ci ilin yekunlarını müzakirə edilib

25 Yanvar 2018 11:33

Nəsimi rayonu 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2017-ci ilin yekunlarını müzakirə edib. “Olaylar” xəbər verir ki, hesabat məruzəsi ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namiq Muradov bildirib ki, 51 minə yaxın sakinin yaşadığı və 2,39 kvadrat kilometr ərazini əhatə edən 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi nümayəndəliyi 2017-ci ildə öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsanamə” yə və Nəsimi rayon İcra Hakimiyyəti Başçısının sərəncam və tapşırıqlarına əsasən həyata keçirib.3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik fəaliyyəti dövründə əraziyə xidmət göstərən Mənzil Kommunal İstismar Sahələri və digər qurumlarla sıx əlaqə yaradaraq, rayon İcra Hakimiyyəti başçısının sərəncam və göstərişlərinin icra edilməsi məqsədilə onların fəaliyyətinin koordinasiya edilməsinə çalışıb.

Macarıstanda yeni təqaüd proqramı

25 Yanvar 2018 11:32

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə azərbaycanlı tələbələr üçün 2018-2019-cu tədris ili üzrə təqaüd proqramı elan edir. “OLAYLAR” Təhsil Nazirliyinə istinadən xəbər verir ki, təqaüd proqramı kənd təsərrüfatı sahəsində magistratura səviyyəsində təhsil almaq istəyən şəxslər üçün nəzərdə tutulub.

Almaniya: Türkiyənin Afrində bizim tanklardan istifadəsi...

25 Yanvar 2018 11:29

Afrində alman istehsalı olan "Leopard" tanklarından istifadə edilməsinə qarışa bilmərik. Bu barədə Almaniya Daxili İşlər Nazirliyinin rəsmi təmsilçisi Yohannes Dimrot bildirib. Dimrot məscidlərə edilən hücumlar barədə də danışaraq qeyd edib ki, belə olaylar qəbuledilməzdir və cinayətdir: "Bu hücumlar pislənilməlidir. Bizim baxışımız budur".

Ermənilər atəşkəsə əməl etmir

25 Yanvar 2018 11:27

“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 109 dəfə pozub.

Pxenyan bütün koreyalıları birləşməyə çağırdı

25 Yanvar 2018 11:26

Şimali Koreya rəhbərliyi dünyadakı bütün koreyaları inkişaf və əməkdaşlığın möhkəmləndirilməsi üçün birləşməyə çağırıb. Bu barədə Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyindən bildirilib. “Hər iki Koreyanın vətəndaşları yarımadada dinc bir iqlimə kömək edəcək azad hərəkət imkanlarına sahib olmalıdır”, - Şimali Koreyanın bəyanatında deyilib.

Jirinovski: Bu ölkəni bombardman edəcəyik

25 Yanvar 2018 11:24

Biz tezliklə Ukrayna şəhərlərini bombardman edəcəyik. Bunu Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski söyləyib.

Atambayevin Sosial-Demokrat Partiyasına sədr seçilməsi onun opponentlərinin xeyrinədir

25 Yanvar 2018 11:23

Qırğızıstanda son prezident seçkilərindən dörd ay keçməsinə baxmayaraq, bu mövzu ölkə mətbuatında hələ də gündəmdədir. Qırğızıstanın sabiq vitse-prezidenti və baş naziri vəzifələrində çalışmış Feliks Kulov hakimiyyətin siyasi opponentlərinin həbsi, jurnalistlər və azad mətbuat, eləcə də hüquq müdafiəçilərinə qarşı misli görünməmiş məhkəmə çəkişmələri, prezidentliyə əsas namizədlərdən olan Omurbek Babanovun təqib olunması fonunda baş verən prezident seçkilərini «kaktus.media» internet portalına şərh edib. O, müsahibəsində , həmçinin Sooronbay Jeenbekovun prezident kimi ilk növbədə hansı problemlərin həllindən başlamasının vacibliyindən, eləcə də sabiq prezident Almazbek Atambayevin atmış olduğu yanlış addımlardan danışıb. Materialın aktuallığını nəzərə alaraq, ona oxucularımıza təqdim edirik.

Rusiyada 6,3 bal gücündə zəlzələ olub

25 Yanvar 2018 11:19

Rusiyada bu gün səhər saatlarında güclü zəlzələ qeydə alınıb. Zəlzələnin episentri ölkənin Kamçatka vilayətindən Komandor adaları istiqamətində olub. İlkin məlumatlara görə, yeraltı təkanların dərinliyi Nikolskoye qəsəbəsindən 46 km cənub-şərqdə, 10 km-ə yaxın olub.

Saakaşvilidən Putin haqda sensasiyalı sözlər: O yanılmır...

25 Yanvar 2018 11:17

Biz hakimiyyətə gəlsək, real dəyişikliklər üçün az vaxtımız olacaq. Bunu Rusiyanın “Novaya qazeta” qəzetinə müsahibəsində Mixail Saakaşvili söyləyib.

Lotu Quli Ukraynanı da ələ keçirir - Kriminal ittifaq

25 Yanvar 2018 11:15

Lotu Quli öz emissarlarını Ukraynaya göndərib. Məlumata görə, onlar Ukraynada azərbaycanlılara məxsus restoran, kafe, ticarət mərkəzlərinin sahiblərinə Qulinin salamlarını çatdırır və onun himayəsini təklif edirlər.

XİN: Yapon dənizində itkin düşən gəmidə azərbaycanlıların olub-olmadığı araşdırılır

25 Yanvar 2018 11:11

"Hazırda Azərbaycanın Yaponiyadakı səfirliyi Yapon dənizində itkin düşmüş Rusiyaya məxsus “Vostok” balıqçı gəmisində Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsini araşdırır".