Nəsimi rayonunda 2017-ci ilin yekunlarını müzakirə edilib
Nəsimi rayonu 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2017-ci ilin yekunlarını müzakirə edib. “Olaylar” xəbər verir ki, hesabat məruzəsi ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namiq Muradov bildirib ki, 51 minə yaxın sakinin yaşadığı və 2,39 kvadrat kilometr ərazini əhatə edən 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi nümayəndəliyi 2017-ci ildə öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsanamə” yə və Nəsimi rayon İcra Hakimiyyəti Başçısının sərəncam və tapşırıqlarına əsasən həyata keçirib.3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik fəaliyyəti dövründə əraziyə xidmət göstərən Mənzil Kommunal İstismar Sahələri və digər qurumlarla sıx əlaqə yaradaraq, rayon İcra Hakimiyyəti başçısının sərəncam və göstərişlərinin icra edilməsi məqsədilə onların fəaliyyətinin koordinasiya edilməsinə çalışıb.
25 Yanvar 2018 11:33 SosialNəsimi rayonu 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2017-ci ilin yekunlarını müzakirə edib. "Olaylar" xəbər verir ki, hesabat məruzəsi ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namiq Muradov bildirib ki, 51 minə yaxın sakinin yaşadığı və 2,39 kvadrat kilometr ərazini əhatə edən 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi nümayəndəliyi 2017-ci ildə öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsanamə" yə və Nəsimi rayon İcra Hakimiyyəti Başçısının sərəncam və tapşırıqlarına əsasən həyata keçirib.3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik fəaliyyəti dövründə əraziyə xidmət göstərən Mənzil Kommunal İstismar Sahələri və digər qurumlarla sıx əlaqə yaradaraq, rayon İcra Hakimiyyəti başçısının sərəncam və göstərişlərinin icra edilməsi məqsədilə onların fəaliyyətinin koordinasiya edilməsinə çalışıb. Ərazinin sanitar vəziyyəti, küçələrin süpürlməsi, məişət tullantılarının vaxtında daşınması daimi nəzarətdə saxlanılmış, aşkar edilmiş nöqsanların aradan qaldırılması istiqamətində operativ işlər görülüb. Mənzil Kommunal İstismar Sahələri tərəfindən yaşayış binalarında təmirə ehtiyacı olan dam örtükləri, su axıdıcı borular, keçid meydançaları və pilləkən qəfəsləri cari təmir olunub. Ölkə başçısının tapşırığına əsasən, fevral ayının 15-dən may ayının 2-nə qədər respublikanın bütün bölgələrində olduğu kimi,xidməti ərazidə də əhalinin pulsuz tibbi müayinədən keçirilməsi tədbirləri uğurla davam etdirilib.
Yığıncaqda çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov bildirib ki, başa vurduğumuz ildə bütün dünyada gedən mürəkkəb siyasi proseslərə, qlobal iqtisadi böhranlara baxmayaraq, Azərbaycanda hərtərəfli sosial-iqtisadi inkişaf davam edib, Prezident İlham Əliyevin balanslaşdırılmış və düşünülmüş siyasi-iqtisadi strategiyası sayəsində ölkənin dinamik inkişafı, əhalinin rifah halının daha da yaxşılaşdırılması, habelə, ölkəmizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsi, milli dövlətçilik maraqları təmin edilib. Asif Əsgərov bildirib ki, Bakı şəhərinin rayonlarının sosial-iqtisadi inkişafının surətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli Qərarının icrası ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə rayon ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə cavab verən yeni binaların tikilməsi işinə start verilib, 2017-ci ildə isə "Pilot İnşaat -A" MMC, "Bisütun" MTK, "Malibo"MMC, "Yeni ailə" MMC, "Məkan" MMC tərəfindən işlərə başlanılıb.