Macarıstanda yeni təqaüd proqramı
Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə azərbaycanlı tələbələr üçün 2018-2019-cu tədris ili üzrə təqaüd proqramı elan edir. “OLAYLAR” Təhsil Nazirliyinə istinadən xəbər verir ki, təqaüd proqramı kənd təsərrüfatı sahəsində magistratura səviyyəsində təhsil almaq istəyən şəxslər üçün nəzərdə tutulub.
25 Yanvar 2018 11:32 SosialMacarıstanın Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə azərbaycanlı tələbələr üçün 2018-2019-cu tədris ili üzrə təqaüd proqramı elan edir. "OLAYLAR" Təhsil Nazirliyinə istinadən xəbər verir ki, təqaüd proqramı kənd təsərrüfatı sahəsində magistratura səviyyəsində təhsil almaq istəyən şəxslər üçün nəzərdə tutulub.
İngilis dilində aparılacaq proqrama əsasən, heyvandarlıq, su resurslarının idarə olunması, ətraf mühit mühəndisliyi ixtisasları üzrə təhsil almaq mümkündür. Təhsil haqqı, yaşayış və tibbi sığorta Macarıstan tərəfindən qarşılanır.
Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları tələb olunan sənədləri 28 fevral 2018-ci il tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.