Metropoliten tələbələrə sertifikat verdi

"Bakı Metropoliteni" QSC ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında kadr hazırlığı üzrə qarşılıqlı anlaşmaya əsasən, universitetin informasiya texnologiyaları və idarəetmə fakültəsinin metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi ixtisasının III kurs tələbələri metropolitendə istehsalat təcrübəsini başa vurublar.  “OLAYLAR” Səhmdar Cəmiyyətə istinadən xəbər verir ki, üç aylıq təcrübəni uğurla bitirən tələbələrə sertifikatların təqdim olunması mərasimi keçirilib. Qeydiyyatdan keçən 25 tələbədən təcrübə müddətində davamlı iştirak edən 18 nəfərinə sertifikatlar təqdim olunub. 

"Bakı Metropoliteni" QSC ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında kadr hazırlığı üzrə qarşılıqlı anlaşmaya əsasən, universitetin informasiya texnologiyaları və idarəetmə fakültəsinin metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi ixtisasının III kurs tələbələri metropolitendə istehsalat təcrübəsini başa vurublar.  "OLAYLAR" Səhmdar Cəmiyyətə istinadən xəbər verir ki, üç aylıq təcrübəni uğurla bitirən tələbələrə sertifikatların təqdim olunması mərasimi keçirilib. Qeydiyyatdan keçən 25 tələbədən təcrübə müddətində davamlı iştirak edən 18 nəfərinə sertifikatlar təqdim olunub. 
Artıq ikinci ildir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri "Bakı Metropoliteni" QSC-nin diaqnostika və metroloji təminat mərkəzində istehsalat təcrübəsinə cəlb olunurlar. Tələbələrə metropolitenin hər bir sahəsi üzrə əyani şəkildə tanış olmaları, həmçinin ümumi təsəvvürlərinin formalaşması üçün müvafiq şərait yaradılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31