Gündəm

Körfəz Əməkdaşlıq Şurası Ticarət Palataları Federasiyası ilə memorandum imzalanıb

26 Yanvar 2018 16:17

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Körfəz Əməkdaşlıq Şurası Ticarət Palataları Federasiyasının Baş katibi Abdülrahim Naqi ilə Əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalayıblar. “OLAYLAR”-a ASK-dən bildirilib ki, müqavilənin imzalanmasında əsas məqsəd Körfəz Əməkdaşlıq Şurası Ticarət Palataları Federasiyasının üvlərinə və azərbaycanlı sahibkarlara ticarət və investisiyanın təşviqi üçün geniş imkanları tanımaq, müvafiq biznes icmaları arasında qarşılıqlı faydalı ticarət və iqtisadi əlaqələrini inkişaf etdirmək, ticarət və sənaye əlaqələrinin qurulması istiqamətində birgə əməkdaşlıq etməkdir.

Əcnəbi dənizçilər Azərbaycanda təlim keçəcək

26 Yanvar 2018 16:16

Dənizdə insan həyatının mühafizəsi və quru yük gəmilərinin təhlükəsiz daşıma əməliyyatları sahəsində fəaliyyət göstərən “Columbia Shipmanagement Ltd” beynəlxalq şirkətinin nümayəndə heyəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də olub. “OLAYLAR” Gəmiçiliyə istinadən xəbər verir ki, görüşdə qonaqlara  “AXDG” QSC-nin fəaliyyətini əks etdirən təqdimat nümayiş edilib.

Dünyanın aparıcı dövlətləri və şirkətləri Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır

26 Yanvar 2018 16:05

“Davos Forumu kimit anınan Dünya İqtisadi Forumunun məqsədi dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları, biznesmenləri səmərəli dialoqa və əməkdaşlığa cəlb etmək, onların arasında əlaqə yaratmaq və yaranmış iqtisadi problemlərin birgə aradan qaldırılmasına nail olmaq, bu istiqamətdə müzakirələr aparmaqdır.

Avropa Komissiyasının Nəqliyyat və Mobillik üzrə baş direktoru Azərbaycana gələcək

26 Yanvar 2018 16:04

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də olub. “OLAYLAR” Gəmiçiliyə istinadən xəbər verir ki,  səfir bu günlərdə Avropa Komissiyasının Nəqliyyat və Mobillik üzrə baş direktorunun ölkəmizə səfərinin baş tutacağı haqqında Gəmiçiliyin rəhbərliyinə məlumat verib. Doplomat təmsil etdiyi təşkilatın Azərbaycanla bütün sahələrdə, o cümlədən nəqliyyat sahəsində də əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib. Bu gün Azərbaycanın bölgədə mühüm nəqliyyat qovşağına çevrildiyini bildirən qonaq eyni zamanda Gəmiçiliyin bu qovşaqdakı fəaliyyəti ilə maraqlanıb.

Dərman istehsalı müəssisələrində çalışan işçilərə dair tələblər açıqlanıb

26 Yanvar 2018 16:03

Azərbaycanda dərman istehsalı müəssisələrində bütün işçilər işə götürüldükləri zaman Əmək Məcəlləsinə uyğun olaraq tibbi müayinədən keçməlidir. Məlumata görə, bu, Səhiyyə Nazirliyinin Kollegiyasının təsdiq etdiyi və yanvarın 23-dən qüvvəyə minən “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”də əksini tapıb.

Zakir Qaralov jurnalist Ülviyyə Şamilqızının Həştərxanda yol qəzasında ölməsi ilə bağlı Rusiya baş prokuroruna müraciət edib

26 Yanvar 2018 16:02

Baş prokuror Zakir QaralovAzərbaycan vətəndaşı, jurnalist Ülviyyə Şamilqızının Həştərxan şəhərində yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi ilə bağlı Rusiya Federasiyasının Baş prokuroru Yuriy Çaykaya müraciət etmişdir.

“Kilsələrinizə raketlər atılsa münasibətiniz necə olardı?” – Ərdoğan Qərbə səsləndi

26 Yanvar 2018 16:00

“Bizim heç kimin torpağında gözümüz olmadığı kimi heç kim qüruruna və heysiyyatına təcavüz etmək niyyətimiz yoxdur”.  Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Avropa Parlamentinin üzvü Dağlıq Qarabağa qanunsuz səfər edib

26 Yanvar 2018 15:58

Avropa Parlamentinin İsveçdən olan üzvü, xarici əlaqələr komitəsinin nümayəndəsi Lars Adaktusson Azərbaycanın işğal edilmiş ərazisi olan Dağlıq Qarabağa qanunsuz səfər edib.

Səhiyyə Nazirliyi: Ötən il 362 qida zəhərlənməsi olub, 6 nəfər ölüb

26 Yanvar 2018 15:50

2017-ci ildə Azərbaycanda baş vermiş qida zəhərlənmələrinin statistikası açıqlanıb. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov  deyib ki, ötən il əhali arasında 362 qida zəhərlənməsi halı baş verib, 565 nəfər zərər çəkib. 

Məşhur hakim azan səsinə görə oyunu saxlayıb

26 Yanvar 2018 15:48

İngiltərəli hakim Mark Klattenburq maraqlı addımı ilə diqqət mərkəzinə düşüb. O, Səudiyyə Ərəbistanında qərarı ilə hamını şoka salıb. Belə ki, “Əl Feyha” – “Əl Fateh” qarşılaşmasını idarə edən Klattenburq matçın gedişində oyunu dayandırıb. Buna səbəb məsciddən azan səsinin gəlməsi olub.

İqtisadiyyat naziri Ucarda vətəndaşları qəbul edib

26 Yanvar 2018 15:47

Yanvarın 26-da İqtisadiyyat naziri Şahin Mustafayev Ucarda Zərdab, Kürdəmir və Ucar rayonlarından olan vətəndaşları qəbul edib.”Olaylar” xəbər verir ki, İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, bir sıra məsələlər yerindəcə həll edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün Nazirliyin müvafiq struktur bölmələrinə konkret tapşırıqlar verilib.

Kərim Benzemanın gedəcəyi klub açıqlandı

26 Yanvar 2018 15:45

“Real”ın hücumçusu Kərim Benzema Madrid klubunu tərk edə bilər. Bu barədə İspaniyanın “Mundo Deportivo” nəşri məlumat yayıb.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları dayanıqlı inkişafı üçün iqtisadi alətə çevrilib

26 Yanvar 2018 15:41

Dünya ölkələrində maliyyə böhranı hökm sürdüyü məqamda Azərbaycanda çoxsaylı sosial layihələr həyata keçirilməkdədir. Müsbət haldır ki, on illər bundan əvvəl start verilən layihələr ölkənin bütün bölgələrini əhatə edib.

"Parçalanmış dünyada birgə gələcəyin yaradılması"nda yerimiz-  AÇIQLAMA

26 Yanvar 2018 15:36

“Dünya İqtisadi Forumu ölkəmizi təqdim etmək üçün çox vacib və mötəbər bir platformadır. 48-ci dəfə keçirilən ənənəvi Davos Forumu bu dəfə “Parçalanmış dünyada birgə gələcəyin yaradılması” adı altında baş tutdu”. Bu sözləri millət vəkili Aytən Mustafayev deyib.

Qərb İŞİD döyüşçülərini bu regiona köçürür – Azərbaycan üçün TƏHLÜKƏ

26 Yanvar 2018 15:34

Qərb gücləri İŞİD terror qruplaşmasının İraq və Suriyada məğlubiyyətindən sonra döyüşçüləri Əfqanıstan və Mərkəzi Asiyada yerləşdirir. Bu haqda İranın keçmiş müdafiə naziri Əhməd Vahidi bildirib. “Qərb gücləri İŞİD-i dəstəkləyərək onun İraq və Suriyada məğlub olmamasına çalışırdılar. Amma bu ölkələrdə İŞİD-in məğlubiyyətindən sonra terror qruplaşmasının üzvlərini Əfqanıstan və Mərkəzi Asiyada yerləşdirirlər”, - o deyib.