Gündəm

Nazirlik: Ermənistanda pensiyaların Azərbaycandan yüksək olması barədə fikirlər reallıqdan uzaqdır

26 Yanvar 2018 16:52

Ermənistan Mərkəzi Bankının rəhbərinin Ermənistanda pensiyaların səviyyəsinin Gürcüstan və Azərbaycandan yüksək olması barədə səsləndirdiyi fikir reallıqdan uzaq olmaqla, bütün sahələrdə dərin böhran içində olan Ermənistanda getdikcə daha da pisləşən  sosial vəziyyət barədə heç bir əsas olmadan müsbət rəy yaratmağa yönələn mənasız cəhddən başqa bir şey deyil.

Dərman vasitələrinin zirzəmi və yarımzirzəmilərdə yerləşdirilməsi qadağan edilib

26 Yanvar 2018 16:50

Səhiyyə Nazirliyinin Kollegiyası “Dərman vasitələrinin topdansatışına dair tələblər”i təsdiq edib. Məlumata görə, bu tələblər yanvarın 23-dən qüvvəyə minib.

DİN uşaqlara narkotik tərkibli konfetlərin paylanılması barədə yayılan məlumatlara münasibət bildirib

26 Yanvar 2018 16:48

Bəzi xəbər saytlarında ayrı-ayrı vətəndaşların sosial şəbəkələrdəki yazışmalarına əsasən guya Bakı şəhərindəki məktəblərdən birinin qarşısında uşaqlara narkotik tərkibli konfetlərin paylanılması barədə yayılan məlumatların heç bir əsası yoxdur. Bu barədə  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. 

Müəllim və valideynlər qəbul edilib

26 Yanvar 2018 16:44

Yanvarın 26-da paytaxtdakı 284 nömrəli məktəbdə Nəsimi və Binəqədi rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçirilib.

Avtomobillə traktor toqquşub - ölən var

26 Yanvar 2018 16:44

Tərtər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baç verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 25-də saat 19 radələrində Tərtər rayonunun Qaradağlı kəndində Xocalı rayon sakini Mahir Zamanovun idarə etdiyi “VAZ-21015” markalı avtomobillə Tərtər şəhər sakini İxtiyar Rüstəmovun idarə etdiyi “YUMZ-6” markalı traktor toqquşmuşdur. Nəticədə M.Zamanov xəstəxanaya aparılarkən yolda ölmüşdür. Tərtər RPŞ tərəfindən araşdırma aparılır.

Qanunsuz saxlanılan silah-sursat götürülüb

26 Yanvar 2018 16:42

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 25-də Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şərur rayon sakini, əvvəllər məhkum olunmuş İntiqam Bağırov saxlanılıb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb

26 Yanvar 2018 16:41

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir. DİN-dən “Olaylar”a verilən məlumata görə, Bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 25-də ümumi çəkisi 12 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 2 kiloqramdan artıq heroin, 8,5 kiloqramdan çox tiryək və 1,3 kiloqrama yaxın marixuana götürülüb. Belə ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ağakərim Axundovdan 1 kiloqram 671 qram heroin götürülüb.

İraqda quş qripi yayılır

26 Yanvar 2018 16:38

İraqın Səlahəddin vilayətindən həyəcanlı xəbərlər gəlməkdədir. Belə ki, son bir neçə gündə bu vilayətdə quş qripindən 5 nəfər dünyasını dəyişib. Daha iki nəfər Diyala və Ninəviyyə vilayətlərində bu xəstəlikdən vəfat edib. İraq rəsmi dairələri Dünya Səhiyyə Təşkilatını bu xəstəlik halları ilə əlaqədar məlumatlandırdıqlarını bildiriblər. 80 min quşun Səhiyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirlikləri tərəfindən profilaktik tədbir olaraq tələf edildiyi gələn xəbərlər sırasındadır.

Kadırov vəhhabizmə savaş açdı: Prinsipial mövqe

26 Yanvar 2018 16:36

Müsəlmanlar vəhhabizm kimi antiislam cərəyanlarına qarşı mübarizə aparmağa məcburdurlar.  Bu sözləri öz Teleqram səhifəsində Çeçenistan rəhbəri Ramzan Kadırov paylaşıb.

Güləş Federasiyasının gələcək fəaliyyətinə yeni nəfəs gətiriləcək

26 Yanvar 2018 16:21

Sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalar Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışını davam etdirir. Bu gün yığma komandaların mətbuat üçün açıq məşqi keçirilib.  Məşqdən sonra Azərbaycan Güləş Federasiyasının 1-ci vitse-prezidenti Firdovsi Umudov jurnalistlərin suallarını cavablandırıb: “OLAYLAR” xəbərinə görə, Firdovsi Umudov bildirib ki, hazırda sərbəst və yunan-Roma güləşçiləri hazırlıqlarını davam etdirir: “Yunan-Roma güləşçilərimizin bir qismi İranda keçirilən beynəlxalq turnirdə iştirak edir.

Piyadanı vurub qaçan sürücü tutuldu

26 Yanvar 2018 16:19

Yanvarın 25-də saat 1 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yolu keçən Maştağa qəsəbə sakini Səlim Zülfüqarov müəyyən edilməmiş avtomobillə vurulub.Ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “BMW” markalı avtomobillə törədilməsi müəyyən edilib.Görülmüş tədbirlərlə hadisə yerindən qaçan həmin nəqliyyat vasitəsinin sürücüsü – Bakı şəhər sakini Urxan Orucov saxlanılaraq istintaqa təhvil verilib.

İstedadlı gənclər sorağında

26 Yanvar 2018 16:19

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti,  Rəssamlar İttifaqı, “Mədəniyyət” qəzeti və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan Xalq Cümhuriyyəti İli" çərçivəsində “İstedad sorağında 3” yaradıcılıq müsabiqəsini elan edir. Olaylar.az bildirir ki, müsabiqə istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılığının dəstəklənməsi, yüksək sənət meyarlarına cavab verən yeni təsviri sənət əsərlərinin yaradılmasının stimullaşdırılması, yetişməkdə olan nəslin təsviri sənətə marağının daha da artırılması məqsədilə keçirilir.

Rəşad Məcid oxucuları ilə görüşdü

26 Yanvar 2018 16:18

Yanvarın 26-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon MKS-nin 1 saylı filialında "Məşhurlarla görüş" layihəsi çərcivəsində yazıçı, jurnalist, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid ilə görüş keçirilib. Olaylar.az bildirir ki, görüşdə professor, şair Şahin Fazil, Azərbaycan Rəssamlar İttifaqının üzvləri Aynurə və Elnurə İsgəndərovalar, Baş İdarənin əməkdaşları, Bakı şəhər kitabxana direktorları, fəal oxucular və media nümayəndələri iştirak ediblər.