Gündəm

İran Əhəməniləri bərpa etmək istəyir – Ər-Riyad

26 Yanvar 2018 17:50

İran minillər öncə yox olan imperatorluğunu yenidən canlandırmağa çalışır. Bunu Davos Forumunda çıxışı zamanı Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil Cübeyr söyləyib.

"Orada kişilər qadın, qadınlar kişi kimi olur" - Efirdə 18+ suala ŞOK CAVAB - VİDEO

26 Yanvar 2018 17:49

Keçmiş sevgilisini Show TV-də yayımlanan verilişinə qonaq çağıran Seda Sayan Nihat Doğana ""Survivor"da cinsi əlaqə olurmu?" sualı ilə müraciət edib. Nihat "Qadınlar kişi, kişilər qadın kimi olur. Seks düşünmürsən" cavabını verib.

Çexiyada prezident seçkilərinin ikinci turu başladı

26 Yanvar 2018 17:41

Çexiyada prezident seçkilərinin ikinci turu start götürüb. Məlumata görə, səsvermə birinci turda olduğu kimi iki gün ərzində keçiriləcək. İlkin nəticələr sabah Bakı vaxtı ilə 21:00-da məlum olacaq.

Cərrah-transplantoloq Mircəlal Kazımi barəsində cinayət təqibinə başlanıb

26 Yanvar 2018 17:39

Gürcüstan Baş Prokurorluğu Azərbaycandan olan cərrah-transplantoloq barəsində cinayət təqibinə başlayıb. Gürcüstan Baş Prokurorluğunun bu gün yaydığı məlumatda bildirilir ki, cərrah M.K. pasientlərin böyük həcmdə pul vəsaitinin mənimsənilməsi və mənimsənilməsi cəhdi ilə bağlı başlanılmış cinayət işi üzrə ittiham olunur.

BŞTİ: Bayıl sakinlərinin məktəbə yerləşdirilməsi tədris prosesinə təsir göstərməyib

26 Yanvar 2018 17:33

Bayıl yamacındakı sürüşmə sahəsində yaşayan sakinlərdən 73 nəfəri yanvarın 24-də Bakı şəhərindəki 163 nömrəli tam orta məktəbin akt zalı və 3 tədris otağına yerləşdirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorundan  bildirilib ki, 73 nəfərdən 32-si qadın, 25-i kişi, 16-sı uşaqdır.

Fondun Müəllif Hüquqları Agentliyi ilə birgə keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb

26 Yanvar 2018 17:32

Yanvarın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin birgə keçirdikləri "İnformasiya cəmiyyətində müəlliflik və digər əqli mülkiyyət hüquqlarının mədəni, iqtisadi və hüquqi əhəmiyyəti" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.

Evlərdən məişət əşyaları oğurlayan tutulub

26 Yanvar 2018 17:30

Oğurluqda şübhəli bilinən Nardaran qəsəbə sakini saxlanılıb. DİN0dən “Olaylar”a verilən məlumata görə, Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 28-dən yanvarın 16-dək olan müddətdə rayon ərazisindəki 4 evdən elektrik naqili, su mühərrikləri, məişət əşyaları və inşaat materialları oğurlamaqda şübhəli bilinən Nardaran qəsəbə sakini Taleh Xudaverdiyev saxlanılıb. Araşdırma aparılır.

Avtomobil yolu keçən piyadanı vurub öldürdü

26 Yanvar 2018 17:21

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən mlumata görə, yanvarın 25-də saat 21 radələrində Salyan rayonunun Xələc kəndində Şəkərli kənd sakini Elxan Əliyev idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən Həsənli kənd sakini Rəşad Xanəliyevi vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

ABB-də 14,5 il ərzində kreditlərin verilməsi və qaytarılması ilə bağlı nöqsanlar aşkarlanıb

26 Yanvar 2018 17:17

2017-ci ildə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən 2001-ci ilin yanvar ayından 2015-ci ilin may ayına kimi olan dövrdə hüquqi və fiziki şəxslərə kreditlərin verilməsi, istifadəsi və qaytarılması zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı nəzarət tədbiri aparıb.

ABŞ Yaxın Şərqdəki hərbi əməliyyatlara 7 trilyon dollar xərcləyib

26 Yanvar 2018 17:14

ABŞ prezidenti Donald Tramp bildirib ki, 2017-ci il dekabr ayının məlumatlarına görə, ABŞ Yaxın Şərqdəki hərbi əməliyyatlara 7 trilyon dollar xərcləyib. Prezident tam olaraq xərcləmələrin hərbi əməliyyatların hansı dövrünə aid olduğunu bildirməyib.

Rusiya kəşfiyyatını kim İFŞA ETDİ?

26 Yanvar 2018 17:13

Kibertəhlükəsizlik üzrə Niderland Məxfi Xidmətinin (AIVD) agentləri 2016-cı ildə seçkiqabağı kampaniya zamanı ABŞ-ın Demokratlar Partiyasının serverlərinin qırılmasında şübhəli bilinən Rusiyanın “Cozy Bear” haker qruplaşmasının seçkilərə müdaxiləsini onlayn şəkildə izləyirdilər.

İrandan azərbaycanlı müğənniyə qadağa

26 Yanvar 2018 17:12

Təbrizdə musiqi sahəsinə nəzarət edən rəsmi sistem “mafiya” kimi rəftar edir. Bunu güneyli müğənni Əli Pormehr jurnalistlərə açıqlamasında deyib. “Mafiya mənə Təbrizdə konsert keçirməyə imkan vermir.

Sürüşmə zonasında yaşayanlar qeydiyyata alınır

26 Yanvar 2018 16:57

Bayıldakı sürüşmə ərazisində yerləşən evlərə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin Azərinşaat Layihə İnstitutu tərəfindən baxış keçrilir. Məlumata görə, hazırda ərazidəki evlərin ünvan və nömrələrinin dəqiqləşdirilməsi işi aparılır. Artıq 30 dan çox evdə bu işlər yekunlaşıb. 

Deputat: "Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında itirilmiş etimadın bərpa olunması üçün yollar tapmaq lazımdır"

26 Yanvar 2018 16:54

Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında itirilmiş etimadın bərpa olunması üçün yollar tapmaq lazımdır. Məlumata görə, bunu Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası zamanı Milli Məclisin deputatı Rövşən Rzayev deyib.