BŞTİ: Bayıl sakinlərinin məktəbə yerləşdirilməsi tədris prosesinə təsir göstərməyib

Bayıl yamacındakı sürüşmə sahəsində yaşayan sakinlərdən 73 nəfəri yanvarın 24-də Bakı şəhərindəki 163 nömrəli tam orta məktəbin akt zalı və 3 tədris otağına yerləşdirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorundan  bildirilib ki, 73 nəfərdən 32-si qadın, 25-i kişi, 16-sı uşaqdır.

Qeyd olunub ki, BŞTİ-nin, Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin nümayəndələri, bələdiyyənin, Mənzil-Kommunal Təsərrüfat Birliyinin, Təcili Tibbi Yardım Xidmətinin işçiləri və 163 nömrəli tam orta məktəbin rəhbər, pedaqoji və texniki heyəti yerləşdirmə prosesində fəal iştirak ediblər: "Məktəbdə müvəqqəti məskunlaşan sakinlərin bütün zəruri ehtiyacları ödənilib. Sakinlərin müvəqqəti olaraq 163 nömrəli tam orta məktəbdə yerləşdirilməsi tədris prosesinə elə bir ciddi təsir göstərməyib. Məlum olduğu kimi, 27 yanvar - 31 yanvar ümumi təhsil məktəblərində qış tətilidir".

Qeyd edək ki, Bayıl yamacında sürüşməyə meylli, riskli ərazidə 67 ev müəyyənləşib. Sakinlərin köçürülməsi üçün ərazidəki idarə, təşkilat və müəssisələrdə müvəqqəti sığınacaqlar yaradılıb. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31