Gündəm

Mourinyo "Mançester Yunayted"lə müqaviləsini uzatdı

26 Yanvar 2018 18:55

Portuqaliyalı mütəxəssis Joze Mourinyo İngiltərənin "Mançester Yunayted" futbol klubu ilə müqaviləsini 2020-ci ilədək uzadıb. 54 yaşlı mütəxəssislə 2020-ci ilədək uzadılan müqavilənin müddəti daha bir il də artırıla bilər.

DİQQƏT: Bu xəstəliyə daha çox kişilər yaxalanır -  ƏLAMƏTLƏRİ

26 Yanvar 2018 18:50

Qripin ürək çatmazlığına, ya da ağciyərdə maye toplanmasına səbəb ola biləcəyi barədə məlumatınız var? Bəli, çox zaman ciddi xəstəlik kimi qəbul etmədiyimiz qrip orqanizm üçün təhlükəyə çevrilir. Ailem.az sizə haqqında az məlumat bildiyimiz ürək qripinin səbəbləri və təsirləri barədə məlumat verir.

Azərbaycanda nadir hadisə:  təkböyrəkli uşaq doğuldu

26 Yanvar 2018 18:45

Azərbaycanda sol böyrəyi olmayan körpə dünyaya gəlib. Bununla bağlı tanınmış uroloq, cərrah Fuad Hüseynov məlumat verib. Həkimin sözlərinə görə, valideynləri uşağın vəziyyətinin olduqca ağır olduğunu gördükləri üçün həyatının ilk sutkasında doğulduğu xəstəxanadan Mərkəzi Klinik Xəstəxanaya köçürüb: “Apardığımız müayinələr zamanı məlum oldu ki, körpənin sol böyrəyi anadangəlmə yoxdur, sağ böyrəyin də ölçüsü olduqca kiçikdir, yəni inkişafdan qalıb. Sidiyin miqdarı azalırdı, böyrəyin necə işlədiyini göstərən Ure-Kreatinin dəyərləri getdikcə yüksəlirdi, yəni artıq kəskin böyrək çatışmazlığı yaranmışdı”.

Qeysəriyyə əməliyyatlarının sayı azaldılacaq

26 Yanvar 2018 18:40

Səhiyyə Nazirliyi qeysəriyyə əməliyyatlarının tibbi göstərişlə həyata keçirilməsi üzərində nəzarəti gücləndirəcək. Məlumata görə, bu məsələ səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə təsdiqlənən “Azərbaycan Respublikasında uşaq ölümünün azaldılmasına yönəldilmiş əlavə tədbirlər”ə daxil edilib.

Qripin daha bir düşməni...

26 Yanvar 2018 18:35

Sarımsağın insan orqanizmi üçün nə qədər xeyirli olduğunu çoxlarımız bilirik. Qrip və soyuqdəymə zamanı ilk növbədə sarımsaqdan istifadə edirik və əksər hallarda onun xeyrini dərhal hiss edirik. Amma sarımsağın faydası ancaq bundan ibarət deyil. Onun tərkibində insan orqanizmi üçün 400-dən artıq faydalı komponent var.

Dünyanın ən güclü robotunu bu sual sıradan çıxartdı

26 Yanvar 2018 18:30

Dünyanın ən güclü robotu sayılan Sofiya xarab olub.Bu barədə informasiyanı öz Feysbuk səhifəsində Ukrayna Radasının deputatı Alyona Şkrum yayıb. Onun sözlərinə görə, robot Davos Forumu zamanı sıradan çıxıb. Buna əsas səbəb isə Ukrayna nümayəndələrindən birinin robota “Ukraynada korrupsiyaya necə qalib gəlmək olar?” sualını verməsi olub. Bundan sonra robotun prosessoru donub.

Aİ: GUAM regional əməkdaşlıq formatı kimi mühim rol oynayır

26 Yanvar 2018 18:22

Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM həll olunmamış münaqişələrdən əziyyət çəkən ölkələr üçün regional əməkdaşlıq formatı kimi mühim rol oynayır.

13 il sonra Nurgüllə birlikdə ekranlara qayıdır

26 Yanvar 2018 18:20

Sonuncu "Vəzir barmağı" filmində gözlənilən reytinqi toplaya bilməyən aktyor-rejissor Mahsun Kırmızıgül ekranlara qayıdır. Sənətçi aktrisa Nurgül yeşilçayla birlikdə seriala çəkiləcək. 1982-ci ildə lentə alınmış "Gülsüm ana" filmindən təsirlənərək çəkilən serialın yayımlanacağı tarix hələlik bilinmir.

İlham Əliyev Honduras Prezidentini təbrik edib

26 Yanvar 2018 18:14

Azərbaycan Prezidenti İlham Əliyev Honduras Prezidenti Xuan Orlando Ernandes Alvaradoya təbrik məktubu göndərib.

Poroşenko Moskva üzərində qələbəni ELAN ETDİ

26 Yanvar 2018 18:10

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya üzərində əhəmiyyətli qələbədən danışıb.  Dövlət başçısı Ukraynanın artıq 2 ildir Rusiyadan təbii qaz almadığını bildirib. “Ukrayna iki ildən çoxdur Rusiyadan qaz almır. Biz Rusiyanı Stokholm Arbitraj Məhkəməsində udduq. Qaz Rusiyanın əllində silah olmamalıdır”, - Poroşenko Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışında deyib.

Türkiyə Konstitusiya Məhkəməsinin sabiq sədrinin oğlunun FETÖ işi üzrə tutulması barədə qərar çıxarılıb

26 Yanvar 2018 18:06

Fatih Samed Kılıç FETÖ üzvlərinin istifadə etdiyi “ByLock” proqramından istifadə etdiyi üzə çıxıb. Türkiyə Konstitusiya Məhkəməsinin sabiq sədri Haşim Haşim Kılıçın oğlu Fatih Samed Kılıçın saxlanılması barədə qərar çıxarılıb.

Başqa oğlanla intim görüntülərini səhvən sevgilisinə göndərdi - Sonrası DƏHŞƏT 

26 Yanvar 2018 18:05

İngiltərədə yaşayan 17 yaşlı tələbə Çarlotte Quy ötən bazar günü səhvən sevgilisinə başqa bir oğlanla yataq görüntülərini göndərib.  Bundan sonra həyatının şokunu yaşayan tələbə qız intihar edib.

Salyanda minik və yük avtomobilləri toqquşub, ana və oğlu ölüb

26 Yanvar 2018 18:03

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Məlumata görə, rayonun Qaraçala kəndində VAZ 2106 markalı minik avtomobili ilə yük avtomobili toqquşub. Nəticədə iki nəfər ölüb. Ölənlərin ana və oğlu bildirilir.  Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Adil Babayevdən xatirələr

26 Yanvar 2018 17:59

Yanvarın 27- si  görkəmli şair Adil Babayevin doğum günüdür. Naxçıvan şəhərində doğulan şair 1931-1938-ci illərdə orada 1 nömrəli orta məktəbin yeddinci sinfini bitirmiş, Tbilisi şəhərində M.F.Axundov adına Azərbaycan orta məktəbində təhsilini davam etdirmişdir. "Şərq qapısı" qəzeti redaksiyasında əvvəl korrektor, sonra ədəbiyyat və incəsənət şöbəsinin müdiri olmuşdur. 1943-cü ildə Tbilisidə A.S.Puşkin adına İkiillik Müəllimlər İnstitutunun ədəbiyyat fakültəsinə daxil olmuş, eyni zamanda "Sovet Gürcüstanı" qəzeti redaksiyasında ədəbiyyat şöbəsinə rəhbərlik etmişdir. Ədəbi yaradıcılığa 1939-cu ildən başlamışdır. İlk şerləri Tbilisidə "Gənc nəsil" məcmuəsində və "Sovet Gürcüstanı" qəzetində çıxmışdır. 1941-ci ildə "Sevinc" əsərinə görə "Sovet Gürcüstanı" qəzeti redaksiyası müsabiqəsində 2-ci mükafata layiq görülmüşdür. 1945-1947-ci illərdə "Kommunist" qəzetində ədəbi işçi, tərcüməçi 1947-1949-cu illərdə "İnqilab və mədəniyyət" jurnalında poeziya şöbəsinin müdiri olmuşdur. 1950-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirmiş, sonra bir müddət Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin redaktoru işləmişdir.

Bu İsrail tanklarını vurmaq mümkün deyil

26 Yanvar 2018 17:52

İsrail bütün tanklarını yaxın 3 il ərzində “Meil Ruax” müdafiə kompleksləri ilə təchiz edəcək. Bu barədə informasiyanı “Jane`s” informasiya portalı yayıb. “Meil Ruax” komplekslərinin ABŞ-da “Abrams” tankları üzərində sınaqdan keçirildiyi bildirilib. Sınaqlar zamanı bu komplekslərə ən yeni tank əleyhinə vasitələrdən atəş açılıb və onların hamısının qarşısı uğurla alınıb.