Adil Babayevdən xatirələr
Yanvarın 27- si görkəmli şair Adil Babayevin doğum günüdür. Naxçıvan şəhərində doğulan şair 1931-1938-ci illərdə orada 1 nömrəli orta məktəbin yeddinci sinfini bitirmiş, Tbilisi şəhərində M.F.Axundov adına Azərbaycan orta məktəbində təhsilini davam etdirmişdir. "Şərq qapısı" qəzeti redaksiyasında əvvəl korrektor, sonra ədəbiyyat və incəsənət şöbəsinin müdiri olmuşdur. 1943-cü ildə Tbilisidə A.S.Puşkin adına İkiillik Müəllimlər İnstitutunun ədəbiyyat fakültəsinə daxil olmuş, eyni zamanda "Sovet Gürcüstanı" qəzeti redaksiyasında ədəbiyyat şöbəsinə rəhbərlik etmişdir. Ədəbi yaradıcılığa 1939-cu ildən başlamışdır. İlk şerləri Tbilisidə "Gənc nəsil" məcmuəsində və "Sovet Gürcüstanı" qəzetində çıxmışdır. 1941-ci ildə "Sevinc" əsərinə görə "Sovet Gürcüstanı" qəzeti redaksiyası müsabiqəsində 2-ci mükafata layiq görülmüşdür. 1945-1947-ci illərdə "Kommunist" qəzetində ədəbi işçi, tərcüməçi 1947-1949-cu illərdə "İnqilab və mədəniyyət" jurnalında poeziya şöbəsinin müdiri olmuşdur. 1950-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirmiş, sonra bir müddət Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin redaktoru işləmişdir.
26 Yanvar 2018 17:59 ƏdəbiyyatYanvarın 27- si görkəmli şair Adil Babayevin doğum günüdür. Naxçıvan şəhərində doğulan şair 1931-1938-ci illərdə orada 1 nömrəli orta məktəbin yeddinci sinfini bitirmiş, Tbilisi şəhərində M.F.Axundov adına Azərbaycan orta məktəbində təhsilini davam etdirmişdir. "Şərq qapısı" qəzeti redaksiyasında əvvəl korrektor, sonra ədəbiyyat və incəsənət şöbəsinin müdiri olmuşdur. 1943-cü ildə Tbilisidə A.S.Puşkin adına İkiillik Müəllimlər İnstitutunun ədəbiyyat fakültəsinə daxil olmuş, eyni zamanda "Sovet Gürcüstanı" qəzeti redaksiyasında ədəbiyyat şöbəsinə rəhbərlik etmişdir. Ədəbi yaradıcılığa 1939-cu ildən başlamışdır. İlk şerləri Tbilisidə "Gənc nəsil" məcmuəsində və "Sovet Gürcüstanı" qəzetində çıxmışdır. 1941-ci ildə "Sevinc" əsərinə görə "Sovet Gürcüstanı" qəzeti redaksiyası müsabiqəsində 2-ci mükafata layiq görülmüşdür. 1945-1947-ci illərdə "Kommunist" qəzetində ədəbi işçi, tərcüməçi 1947-1949-cu illərdə "İnqilab və mədəniyyət" jurnalında poeziya şöbəsinin müdiri olmuşdur. 1950-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirmiş, sonra bir müddət Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin redaktoru işləmişdir. 1956-1958-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İncəsənət və Layihə İnstitutunun aspiranturasında təhsil almışdır. 0, teatrşünas kimi teatr sənəti ilə sıx bağlı olmuş "M.Əzizbəyov adına teatr" (Moskva, 1959), "Şərəfli yol" (1974) monoqrafiyalarını və ədəbiyyatşünaslıq, dramaturgiya və kino sənəti problemlərinə dair çoxlu məqalələrini qələmə almaqla milli teatrın inkişafına kömək etmişdir. Eyni zamanda M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının ədəbi hissə müdiri olmuş (1956-1964), sonra "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında tənqid şöbəsinin müdiri, məsul katib və baş redaktorun müavini vəzifələrində işləmişdir. 1971-ci ilin avqust ayından ömrünün son gününədək Azərbaycan Yazıçılar İttifaqında bədii tərcümə üzrə məsləhətçi olmuşdur. Onun bədii yaradıcılığı çoxcəhətlidir: "Dağlar qızı", "Yarımçıq portret", "Mənim məhəbbətim", "Qız görüşə tələsir" pyesləri teatr səhnələrində ta-maşaya qoyulmuş əsərləri xarici dillərə və SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur. Onun yaradıcılığında tərcümə xüsusi yer tutur. Dünya və qardaş xalqlar ədəbiyyatından (V.Şekspir, V.Vişhevski, N.Dumbadze və s.) çoxlu tərcümələr etmişdir.Onun tərcümə etdiyi - V.Vinnikov və Y.Osnosun "Ağ şanaküllə" (1959), Sao-Yuyyanın "Tufan" (1959), Ş.Miloravanın "Tbilisi Haqqında mahnı" (1961), N. Dumbadzenin "Darıxma, ana" (1972), M. Petrieskunun "Ölümü görmüş insan" (1973) pyesləri tamaşaya qoyulmuşdur. 1941-1945-ci illərdə "Əmək igidliyinə görə" medalına layiq görülmüşdür. 1977-ci il avqustun 19-da Bakıda vəfat edib.
Olaylar.az görkəmli şairin bir neçə şeirini təqdim edir.
DÜNYAYA YADİGAR
Qara gözlərinin seyrinə dalmaq,
Mənim ən səfalı səyahətimdir.
Eşqinlə döyünən yanar bir ürək,
Sənə gəncliyimdən əmanətimdir.
Ömür kitabımda qızıl sətirsən,
Günümə, ayıma çökən ətirsən.
Mənə kədər deyil, sevinc gətir sən,
Adi bəxşişin də şan-şöhrətimdir.
Könlüm mələr düşər az görüşəndə,
Nərmin əllərimdən iraq düşəndə.
Sənsiz göy çəməndə, dağlar döşündə,
Gözlərin yaşlıdır, qəlbim yetimdir.
Bilmirəm dövranda bu gərdiş nədir?
Adilə gah sevinc, gah qəm bəxş edir,
Günlərim, aylarım köç edib gedir,
Dünyaya yadigar məhəbbətimdir.
1968
* * *
Deyirsən əl götür bu inadından,
Çıxart birdəfəlik məni yadından.
Mən qüvvət alarkən sənin adından
Könlüm gözlərindən kənarmı olsun?
Tək sənsən ömrümün hüsnü, zinəti,
Qoyma xar olmağa ilk məhəbbəti,
Ey ana yurdumun zərif xilqəti -
De, eşqim baharmı, xəzanmı olsun?
1954
SƏN YOXSUL DEYİLSƏN
Nə əynində bahalı
paltarın var,
Nə altında xüsusi maşın,
Nə də göz qamaşdırır
sandıqdakı daş-qaşın.
Yoxsul deyilsən fəqət.
Varın-vətənə məhəbbət,
Şöhrətin - xalqın əzəli şöhrəti,
Sevincin - övladının isməti,
Sərvətin - el üçün döyünən ürək,
Sənin kimi İnsana
var-dövlət nəyə gərək?!
1965
GÖZƏLDİR
Üzük yar barmağında,
Gəlin toy otağında,
Bülbül gül budağında,
Gül tağında gözəldir.
Aşiqiyəm baharın,
Bu düzlərin, dağların.
Həyat doğma diyarın
Torpağında gözəldir.
Ruhum şad, işim xeyir,
El sözümü gözləyir,
Şair ömrü bir şeir
Sorağında gözəldir.
1962