Azərbaycan minifutbol millisi Avropa çempionatında yarımfinala yüksəlib

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.

Elşad Quliyevin başçılıq etdiyi komanda 1/4 finalda Çexiya seçməsi ilə qarşılaşıb.

"Tipos Arena"da oynanılan görüş komandamızın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, millimiz yarımfinala vəsiqə qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31