Poroşenko Moskva üzərində qələbəni ELAN ETDİ

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya üzərində əhəmiyyətli qələbədən danışıb.  Dövlət başçısı Ukraynanın artıq 2 ildir Rusiyadan təbii qaz almadığını bildirib. “Ukrayna iki ildən çoxdur Rusiyadan qaz almır. Biz Rusiyanı Stokholm Arbitraj Məhkəməsində udduq. Qaz Rusiyanın əllində silah olmamalıdır”, - Poroşenko Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışında deyib.

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya üzərində əhəmiyyətli qələbədən danışıb.  Dövlət başçısı Ukraynanın artıq 2 ildir Rusiyadan təbii qaz almadığını bildirib. "Ukrayna iki ildən çoxdur Rusiyadan qaz almır. Biz Rusiyanı Stokholm Arbitraj Məhkəməsində udduq. Qaz Rusiyanın əllində silah olmamalıdır", - Poroşenko Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışında deyib.

Onun sözlərinə görə, Moskva Kiyevə siyasi təzyiq metodu kimi qazdan daha istifadə edə bilmir. "Həmçinin "Şimal axını-2" qaz kəməri haqqında danışıqların energetika təhlükəsizliyi ilə heç bir əlaqəsi yoxdur. Bu, Avropa İttifaqının möhkəmliyini sınaqdan keçirmək üzrə Rusiyanın metodudur", - Poroşenko yekunlaşdırıb. Publika.az UNİAN agentliyinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31