Aİ: GUAM regional əməkdaşlıq formatı kimi mühim rol oynayır

Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM həll olunmamış münaqişələrdən əziyyət çəkən ölkələr üçün regional əməkdaşlıq formatı kimi mühim rol oynayır.

Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM həll olunmamış münaqişələrdən əziyyət çəkən ölkələr üçün regional əməkdaşlıq formatı kimi mühim rol oynayır.

Məlumata görə, bu barədə ATƏT Daimi Şurasının Vyanada keçirilən iclasında Avropa İttifaqının (Aİ) təşkilatdakı Daimi nümayəndəliyinin ATƏT Parlament Assambleyasının prezidenti Georgi Seretelinin çıxışına cavab olaraq yaydığı bəyanatda bildirilir.

G.Seretelinin 2017-ci ilin dekabrında Tbilisidə GUAM Parlament Assambleyasına səfərinə toxunan nümayəndəlik qeyd edib ki, həlli uzanmış münaqişələrin həllinə göstərilən diqqəti alqışlayır: "ATƏT Parlament Assambleyasının əməkdaşı olmaqla yanaşı, GUAM davam edən və həlli uzanmış münaqişələrdən əziyyət çəkən ölkələr arasında regional əməkdaşlıq formatı kimi mühüm rol oynayır". Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31