Dünyanın ən güclü robotunu bu sual sıradan çıxartdı
Dünyanın ən güclü robotu sayılan Sofiya xarab olub.Bu barədə informasiyanı öz Feysbuk səhifəsində Ukrayna Radasının deputatı Alyona Şkrum yayıb. Onun sözlərinə görə, robot Davos Forumu zamanı sıradan çıxıb. Buna əsas səbəb isə Ukrayna nümayəndələrindən birinin robota “Ukraynada korrupsiyaya necə qalib gəlmək olar?” sualını verməsi olub. Bundan sonra robotun prosessoru donub.
26 Yanvar 2018 18:30 DünyaDünyanın ən güclü robotu sayılan Sofiya xarab olub.Bu barədə informasiyanı öz Feysbuk səhifəsində Ukrayna Radasının deputatı Alyona Şkrum yayıb. Onun sözlərinə görə, robot Davos Forumu zamanı sıradan çıxıb. Buna əsas səbəb isə Ukrayna nümayəndələrindən birinin robota "Ukraynada korrupsiyaya necə qalib gəlmək olar?" sualını verməsi olub. Bundan sonra robotun prosessoru donub.
Qeyd edək ki, robot-humanoid olan Sofiya 2016-cı ildə "Hanson Robotiks" şirkəti tərəfindən yaradılıb. Robotun əsas üstünlüyü onun insanlar söhbət etməyi bacarmasıdır. Sofiya həmçinin öz həmsöhbətlərini tanımaq və onlara qarşı emosiyasını nümayiş etdirmək gücündədir. Axar.az