Mourinyo "Mançester Yunayted"lə müqaviləsini uzatdı
Portuqaliyalı mütəxəssis Joze Mourinyo İngiltərənin "Mançester Yunayted" futbol klubu ilə müqaviləsini 2020-ci ilədək uzadıb. 54 yaşlı mütəxəssislə 2020-ci ilədək uzadılan müqavilənin müddəti daha bir il də artırıla bilər.
26 Yanvar 2018 18:55 İdmanPortuqaliyalı mütəxəssis Joze Mourinyo İngiltərənin "Mançester Yunayted" futbol klubu ilə müqaviləsini 2020-ci ilədək uzadıb. 54 yaşlı mütəxəssislə 2020-ci ilədək uzadılan müqavilənin müddəti daha bir il də artırıla bilər.
"Fəxr edirəm ki, "Mançester Yunayted"in məsqçisiyəm. Biz yüksək standartlar müəyyənləşdirmişik. Bir mövsümə 3 uğur qazandıq. Hesab edirəm, bu kimi yüksək məqsədlərə can atmağımızı davam etdirəcəyik", - deyə o bildirib.
J.Mourinyo 2016-cı ildə "Mançester Yunayted"in məşqçisi olub. Bundan əvvəl o, "Çelsi", İspaniyanın "Real" və "Barselona", İtaliyanın "İnter", Portuqaliyanın "Porto", "Benfika" və "Sportinq" klublarında çalşıb. Onun baş məşqçiliyi dövründə "Mançester Yunayted" İngiltərə liqa kuboku, Avropa Liqası və İngiltərə Superkubokuna yiyələnib. Goal.az