Bu İsrail tanklarını vurmaq mümkün deyil
İsrail bütün tanklarını yaxın 3 il ərzində “Meil Ruax” müdafiə kompleksləri ilə təchiz edəcək. Bu barədə informasiyanı “Jane`s” informasiya portalı yayıb. “Meil Ruax” komplekslərinin ABŞ-da “Abrams” tankları üzərində sınaqdan keçirildiyi bildirilib. Sınaqlar zamanı bu komplekslərə ən yeni tank əleyhinə vasitələrdən atəş açılıb və onların hamısının qarşısı uğurla alınıb.
26 Yanvar 2018 17:52 Dünyaİsrail bütün tanklarını yaxın 3 il ərzində "Meil Ruax" müdafiə kompleksləri ilə təchiz edəcək. Bu barədə informasiyanı "Jane`s" informasiya portalı yayıb. "Meil Ruax" komplekslərinin ABŞ-da "Abrams" tankları üzərində sınaqdan keçirildiyi bildirilib. Sınaqlar zamanı bu komplekslərə ən yeni tank əleyhinə vasitələrdən atəş açılıb və onların hamısının qarşısı uğurla alınıb.
Bu komplekslərin təkcə poliqonda yox, real döyüş şəraitində də sınaqdan keçirildiyi vurğulanıb. Axar.az