İstedadlı gənclər sorağında

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti,  Rəssamlar İttifaqı, “Mədəniyyət” qəzeti və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan Xalq Cümhuriyyəti İli" çərçivəsində “İstedad sorağında 3” yaradıcılıq müsabiqəsini elan edir. Olaylar.az bildirir ki, müsabiqə istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılığının dəstəklənməsi, yüksək sənət meyarlarına cavab verən yeni təsviri sənət əsərlərinin yaradılmasının stimullaşdırılması, yetişməkdə olan nəslin təsviri sənətə marağının daha da artırılması məqsədilə keçirilir.

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti,  Rəssamlar İttifaqı, "Mədəniyyət" qəzeti və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan Xalq Cümhuriyyəti İli" çərçivəsində "İstedad sorağında 3" yaradıcılıq müsabiqəsini elan edir.

Olaylar.az bildirir ki, müsabiqə istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılığının dəstəklənməsi, yüksək sənət meyarlarına cavab verən yeni təsviri sənət əsərlərinin yaradılmasının stimullaşdırılması, yetişməkdə olan nəslin təsviri sənətə marağının daha da artırılması məqsədilə keçirilir.

Müsabiqəyə 16 -29 yaş aralığında olan şəxslər qatıla bilər.

Birinci turdan keçmiş əsərlər sərgilənmək üçün Xətai Sənət Mərkəzinə dəvət alacaq və müsabiqənin mükafatlarını almaq uğrunda mübarizəyə qoşulacaqdır.

Qaliblər üçün üç əsas mükafat, eləcə də müxtəlif nominasiyalar üzrə arı-ayrı idarə və təşkilatların mükafatlarının verilməsi, eyni zamanda "Mədəniyyət" qəzetində ən yaxşı əsər və onun müəllifi haqqında ətraflı yazı dərc olunması nəzərdə tutulmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31