Nazirlik: Ermənistanda pensiyaların Azərbaycandan yüksək olması barədə fikirlər reallıqdan uzaqdır

Ermənistan Mərkəzi Bankının rəhbərinin Ermənistanda pensiyaların səviyyəsinin Gürcüstan və Azərbaycandan yüksək olması barədə səsləndirdiyi fikir reallıqdan uzaq olmaqla, bütün sahələrdə dərin böhran içində olan Ermənistanda getdikcə daha da pisləşən  sosial vəziyyət barədə heç bir əsas olmadan müsbət rəy yaratmağa yönələn mənasız cəhddən başqa bir şey deyil.

Ermənistan Mərkəzi Bankının rəhbərinin Ermənistanda pensiyaların səviyyəsinin Gürcüstan və Azərbaycandan yüksək olması barədə səsləndirdiyi fikir reallıqdan uzaq olmaqla, bütün sahələrdə dərin böhran içində olan Ermənistanda getdikcə daha da pisləşən  sosial vəziyyət barədə heç bir əsas olmadan müsbət rəy yaratmağa yönələn mənasız cəhddən başqa bir şey deyil. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib. O bildirib ki, bunu aydın şəkildə görmək üçün Moskvada yerləşən Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının MDB ölkələri üzrə 2017-ci ilə dair pensiyaların orta aylıq məbləği ilə bağlı açıqladığı göstəricilərə diqqət yetirmək kifayətdir.

2017-ci il üçün MDB ölkələrində orta aylıq pensiya məbləğləri

Ölkə

Pensiyanın orta aylıq  məbləği (ABŞ dolları ilə)

Azərbaycan

126,69

Ermənistan

78,52

Belarus

154,43

Gürcüstan

54,27

Qazaxıstan

201,45

Qırğızıstan

73,17

Moldova

82,07

Rusiya

214,95

Tacikistan

31,03

Ukrayna

72,98

Mənbə: Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31