Müəllim və valideynlər qəbul edilib
Yanvarın 26-da paytaxtdakı 284 nömrəli məktəbdə Nəsimi və Binəqədi rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçirilib.
26 Yanvar 2018 16:44 SosialYanvarın 26-da paytaxtdakı 284 nömrəli məktəbdə Nəsimi və Binəqədi rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçirilib.
"OLAYLAR" xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
Qəbula gələn vətəndaşlar təhsil müəssisələrinin təmiri, məktəblərin maddi-texniki təminatı, idman zalının tikilməsi və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.
Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.