6 miqrantın Alp dağlarından Fransaya təhlükəli səfəri

6 miqrant dik və təhlükəli yolları keçərək Fransaya çatmağa çalışıblar. Miqrantların bu çətinliklərlə dolu səfərinə Reuters xəbər agentliyinin müxbiri də qoşulub. Müxbirin sözlərinə görə hava mənfi 9 dərəcə olub, miqrantların geyimi isə bu hava şəraiti üçün uyğun olmayıb.Əbdullhai adlı miqrant bildirib ki, Qvineyadakı evindən Alp dağlarına  çatmaq üçün 3 il vaxt sərf edib. Həyatyoldaşını və 3 uşağını ölkəsində qoyaraq bu çətin səfərə çıxan miqrant ümid edir ki, səfəri bu yaxınlarda bitəcək.

"Qvineyada həyatımız yaxşı deyildi. Mənim və uşaqlarım üçün orada bir gələcək yoxdur. Amma Avropada o gələcəyi tapa bilərik. Bunun üçün cəhd etməyə dəyər", - deyə miqrant bildirib.

2015-ci ildə Avropaya, Orta Asya və Afrikadan 1 milyondan çox miqrant gəlib.

Beynəlxalq Miqrasiya Təşkilatı bildirib ki, yalnız İtaliyaya gedə bilmək üçün 20 minə yaxın insan həyatını itirib. Reuters müxbirinin söhbətləşdiyi miqrantlardan biri - 28 yaşlı Ginelli Kamarra, təhlükəli səfərin "özünə görə böyüdüləcək bir tərəfi olmadığını" deyib. Kamarra davamında bildirib: "Liviyada aylarca əsir olaraq qaldım, işgəncələrə məruz qaldım. Pulsuz işlədildim. Yaralarıma bax".

Təhlükəli səfərə çıxan miqrant qrupu mağarada od qalayaraq isinməyə çalışıb. Müxbir bildirib ki, mağarada olduqları zaman miqrantlar səfər ərəfəsində yaşadıqları hadisələri bir-biriləri ilə bölüşüblər. Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31