Bakı kafelərində qəlyan qadağan olundu
26 Yanvar 2018 16:35 SosialAzərbaycanda ictimai yerlərdə tütün məhsullarının çəkilməsini qadağan edən qanunun qüvvəyə minməsindən sonra virtualaz.org-un dərc etdiyi yazıda göstərilənləri şərh edərkən Milli Məclis aparatının sosial qanunvericilik şöbəsinin sektor müdiri Adil Vəliyev bəzi məqamları dəqiqləşdirib.
"İctimaiyyətin müəyyən qismində belə bir təsəvvür yaranıb ki, qadağa qəlyan çəkilməsinə şamil olunmur, lakin bu belə deyil", - o, bildirib.
MMN əməkdaşının sözlərinə görə, qanunla təsbit edilmiş qadağa bütün növ tütün məhsullarına və elektron siqaretlərə aiddir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31