Gündəm

Bəzi qurumlar mediaya qapalıdır

26 Yanvar 2018 15:24

Yanvarın 26 – da Beynəlxalq Mətbuat Mərkəzində “PR və media dialoqu" mövzusunda tədbir keçirildi. Olaylar.az bildirir ki, tədbir mMətbuat Şurası və PR və media dialoqu" mövzusunda Tədbirdə ölkənin aparıcı media kapitanları ilə yanaşı rəsmi və özəl sektorda çalışan PR menecerləri iştirak edirdilər.

Müdafiə Nazirliyi KİV-lərə müraciət etdi

26 Yanvar 2018 15:22

Müdafiə Nazirliyi KİV-lər müraciət edib. OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, Kütləvi informasiya vasitələrinin nümayəndələrindən xahiş olunur ki, Azərbaycan Ordusu haqqında rəsmi məlumatlar yayarkən Müdafiə Nazirliyi binasının təqdim olunan yeni görüntülərini əks etdirən foto və videomateriallardan, eləcə də ön xətdən çəkilən videokadrlardan istifadə etsinlər.

DİN: Şəkidə maskalı şəxslərin yanacaqdoldurma məntəqəsinə basqını ilə bağlı cinayət işi başlanıb

26 Yanvar 2018 15:19

Daxili İşlər Nazirliyi (DİN) Şəkidə yanacaqdoldurma məntəqəsinə edilən basqınla bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən “Olaylar”a verilən məlumatda bildirilir ki, yanvarın 25-nə keçən gecə Şəki Şəhər Rayon Polis Şöbəsinə yanacaqdoldurma məntəqəsində baş vermiş quldurluq hadisəsi barədə informasiya daxil olub. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Yeni Peşə Təhsil Mərkəzinin təməli qoyulub

26 Yanvar 2018 15:20

Yanvarın 26-da Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılacaq Peşə Təhsil Mərkəzinin təməlqoyma mərasimi keçirilib. “OLAYLAR” Təhsil Nazirliyinə istinadən xəbər verir ki,təməlqoyma mərasimində təhsil naziri vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov  çıxış edərək son illər ərzində peşə təhsilinin inkişafına yönəlmiş islahatlar, bu sahədə dövlət siyasətinin əsas istiqamətləri barədə tədbir iştirakçılarına məlumat verib. Ölkə başçısı tərəfindən təsdiq olunan "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nin həyata keçiriləcək layihələr baxımından əhəmiyyətini bildirən Ceyhun Bayramov əmək bazarının dəyişən tələblərinə uyğun rəqabətqabiliyyətli kadr hazırlığı üçün belə mərkəzlərin istifadəyə verilməsinin vacibliyini qeyd edib.

Azərbaycan vətəndaşlığını almaq qaydaları sadələşdirilir

26 Yanvar 2018 15:18

2006-cı il yanvarın 1-dək Azərbaycana gələn və burada yaşayan SSRİ pasportuna malik şəxslərin Azərbaycan vətəndaşlığına qəbul edilməsi asanlaşır.Məlumata görə, bununla bağlı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişikliklər edilməsi təklif olunur.

35 qadın və 2 kişi “İnterpol”un axtarışına verildi - İnsan alverinə görə

26 Yanvar 2018 15:17

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi 2017-ci ildə insan alverinə görə 6 nəfər Azərbaycan vətəndaşını axtarışa verib. Məlumata görə, onlardan 5 qadın, 1-i isə kişidir.Həmin şəxslərdən 4-ü “İnterpol” kanalları ilə beynəlxalq axtarışa verilib, 2-si barəsində isə Azərbaycanda axtarış qərarı çıxarılıb.

Kənd təsərrüfatı haqqında yeni qanun layihəsi hazırlanıb

26 Yanvar 2018 15:16

2018-ci il qanunvericilik işləri planında "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanun layihəsi var ki, onun may ayında müzakirələrə çıxarılması gözlənilir. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin yanvarın 26-da keçirilən iclasında çıxış edən komitə sədri Eldar İbrahimov deyib.

Deputatdan fermerlərə xəbərdarlıq: sudan israfçılığa son qoyulacaq

26 Yanvar 2018 15:14

Yanvarın 29-da Milli Məclisin Aqrar siyasət komitəsinin iclasının gündəliyinə daxil edilən "Meliorasiya və irriqasiya haqqında" qanuna dəyişikliklə bağlı müzakirə aparılıb. Məlumata görə, müzakirələrdə çıxış edən komitənin sədr müavini Eldar Quliyev məlum dəyişikliyə toxunaraq deyib ki, bu, su ilə bağlı məsələdə israfçılığa son qoyacaq: "Çünki özümüz də şahidik ki, məhsul-yığım mövsümü zamanı su ilə bağlı hansı problemlər yaranır və yarandı.

Bakcell-dən korporativ müştərilər üçün misilsiz smartfon kampaniyası!

26 Yanvar 2018 15:13

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti korporativ abunəçilər üçün xüsusi smartfon kampaniyası elan edir. Yeni korporativ müştəriləri “Bakcell biznes” ailəsində səmimiyyətlə qarşılamaq və mövcud korporativ müştəriləri əlavə imtiyazlarla təmin etmək məqsədilə Bakcell onlara ən son model smartfonları hissə-hissə ödənişlə əldə etmək fürsəti verir.

“Əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini tənzimləyən hüquq normaları” mövzusunda tədbir keçirilib

26 Yanvar 2018 15:10

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin müvafiq Tədbirlər Planına uyğun olaraq, Gəncə şəhərində “Əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini tənzimləyən hüquq normaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Türk əsgərinin bu görüntüləri hər kəsi GÖZ YAŞLARINA BOĞDU - VİDEO

26 Yanvar 2018 15:08

Afrində terrorçuları təmizləyən türk əsgərinin görüntüləri hər kəsi kədərləndirib. 7 gündür gecə-gündüz əməliyyat keçirən “Mehmetçik” yuxusunu ayaq üstə alır.

“Azərbaycanın işğal edilmiş ərazilərində anti-terror əməliyyatı keçirməsi mümkündür”

26 Yanvar 2018 15:06

ATƏT-in Minsk qrupunun həmsədrləri və Rusiya təmsilçiləri son vaxtlar Dağlıq Qarabağ münaqişəsində irəliləyişin olması ilə bağlı dəfələrlə bəyanat verib. Bu politoloq və siyasi şərhçilər səviyyəsində də təkrarlanıb.

“Deyəsən, Sarkisyan 2016-cı ilin aprel dərslərini yaxşı həzm edə bilməyib”

26 Yanvar 2018 14:55

“Ermənistan prezidenti Serj Sarkisyanın siyasi kredosu nifrət və düşmənçilik qayələri üzərində qurulub, buna görə də o, barışıq barədə qətiyyən düşünmür”. Bu fikri açıqlamasında siyasi şərhçi Tofiq Abbasov deyib.

Novruz çərşənbələrinin vaxtı açıqlanıb

26 Yanvar 2018 14:53

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) 2018-ci ildə qeyd olunacaq Novruz çərşənbələrinin vaxtını açıqlayıb. Rəsədxananın direktor müavini Xıdır Mikayılov  bildirib ki, bu il axırıncı çərşənbə baharın gəlişi ilə eyni günə təsadüf edəcək.

Müəyyən qrup İŞİD-çilərin sərhəd rejimini aşaraq Ermənistanın daxilinə girməsi mümkün məsələdir

26 Yanvar 2018 14:25

Ermənistan ənənəvi təxribatlarını davam etdirir. Özü də bu təxribatlar özünü həm cəbhə xəttində, həm də diplomatik sahədə büruzə verir. Belə ki, işğalçı ölkənin rəhbərliyi bir tərəfdən Avropa Şurası Parlament Assambleyası kimi bir qurumda çıxışı zamanı səsləndirdiyi sərsəm bəyanatlarla növbəti dəfə danışıqlar prosesini pozmağa cəhd göstərir, öz aqressiv münasibətini sərgiləyir, digər tərəfdən cəbhə xəttində Azərbaycanın guya hücum cəhdinə əl atdığı və nəticədə geri oturdulduğu barədə yalan məlumatlar yaymaqla guya rəsmi Bakının sülh prosesinə mane olduğu görüntüsü yaratmağa çalışır.