Kənd təsərrüfatı haqqında yeni qanun layihəsi hazırlanıb
2018-ci il qanunvericilik işləri planında "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanun layihəsi var ki, onun may ayında müzakirələrə çıxarılması gözlənilir. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin yanvarın 26-da keçirilən iclasında çıxış edən komitə sədri Eldar İbrahimov deyib.
26 Yanvar 2018 15:16 Sosial2018-ci il qanunvericilik işləri planında "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanun layihəsi var ki, onun may ayında müzakirələrə çıxarılması gözlənilir. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin yanvarın 26-da keçirilən iclasında çıxış edən komitə sədri Eldar İbrahimov deyib. Deputat bildirib ki, bu sənəd ötən sessiyada müzakirə edilməli idi, amma çatdırılmadı: "Əslində bu sənəd ötən ilin dekabr ayında başa çatdırılıb, müzakirələrə təqdim olunmalı idi. Amma bu, mümkün olmadı. Kənd Təsərrüfatı Nazirliyi bu sənədi həmin müddətdə hazırlayıb, başa çatdıra bilmədi.Odur ki, bu sənədin tam şəkildə hazırlanıb, may ayında müzakirələrə çıxarılması nəzərdə tutulur".