“Deyəsən, Sarkisyan 2016-cı ilin aprel dərslərini yaxşı həzm edə bilməyib”
“Ermənistan prezidenti Serj Sarkisyanın siyasi kredosu nifrət və düşmənçilik qayələri üzərində qurulub, buna görə də o, barışıq barədə qətiyyən düşünmür”. Bu fikri açıqlamasında siyasi şərhçi Tofiq Abbasov deyib.
26 Yanvar 2018 14:55 Siyasət"Ermənistan prezidenti Serj Sarkisyanın siyasi kredosu nifrət və düşmənçilik qayələri üzərində qurulub, buna görə də o, barışıq barədə qətiyyən düşünmür". Bu fikri açıqlamasında siyasi şərhçi Tofiq Abbasov deyib.
Şərhçi qeyd edib ki, Sarkisyan və ətrafındakı quzğunlar Qarabağ torpaqlarını birdəfəlik zəbt etməyi özlərinə məqsəd seçiblər: "Əgər belə olmasaydı, Sarkisyan AŞPA-dakı çıxışı zamanı heç olmasa tutarlı bir tezis və ya da çağırış səsləndirərdi".
T. Abbasov vurğulayıb ki, Sarkisyan daim yalanı həqiqət kimi qələmə verib həm dünya birliyini aladadır, bununla yanaşı öz xalqını girova çevirib onu ancaq qarşıdurma xəti üzrə hərəkət etməyə sövq edirsə, deməli, bu adam sona qədər öz mənfur niyyətindən dönməyəcək.
Şərhçinin fikrincə, Sarkisyan hazırda erməni cəmiyyətində anti-Azərbaycan meyillərini aktivasiya edir ki, hakimiyyətin keçidində aparıcı rıçaqları əlindən verməsin: "Bu isə diktaturanın sərtləşməsinə dəlalət edəcək. Ancaq erməni lideri 2016-cı ilin aprel dərslərini, deyəsən hələ də yaxşı həzm edə bilməyib". Azadinform.az