Bəzi qurumlar mediaya qapalıdır

Yanvarın 26 – da Beynəlxalq Mətbuat Mərkəzində “PR və media dialoqu" mövzusunda tədbir keçirildi. Olaylar.az bildirir ki, tədbir mMətbuat Şurası və PR və media dialoqu" mövzusunda Tədbirdə ölkənin aparıcı media kapitanları ilə yanaşı rəsmi və özəl sektorda çalışan PR menecerləri iştirak edirdilər.

Yanvarın 26 - da Beynəlxalq Mətbuat Mərkəzində "PR və media dialoqu" mövzusunda tədbir keçirildi. Olaylar.az bildirir ki, tədbir mMətbuat Şurası və PR və media dialoqu" mövzusunda Tədbirdə ölkənin aparıcı media kapitanları ilə yanaşı rəsmi və özəl sektorda çalışan PR menecerləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirin mahiyyətindən söz açaraq bildirib ki, dialoq çərçivəsində qurumların ictimaiyyətlə əlaqələr strukturunun media ilə necə əlaqə qurması, əlaqələrdə yaranan problemlər ətrafında müzakirələr təşkil ediləcək.

"Azərbaycanda yeni yaradılmış APRA qurumu özündə özəl və dövlət qurumlarının ictimaiyyətlə əlaqələr sahəsində məşğul olan mütəxəssisləri birləşdirərək qurumun qarşıya qoyduğu məqsəd - bu sahədə çalışan şəxslərin təcrübələrinin artırılması, araşdırma -monitorinqlər aparmaqdı" - deyə, Mətbuat Şurasının sədri bildirdi.

Tədbirdə  yalnız media ilə bağlı məsələlərə toxunulacağını, müzkirə olunacaq məsələlərə daha çox mətbuat xidmətləri aspektində yanaşılacaq. Yəni, təşkilatların ictimaiyyətlərlə əlaqə qurumu media ilə necə əlaqə saxlayır. Və bu zaman tərəflər arasında hansı problemlər yaşanılır. Media mətbuat xidmətlərindən razıdırmı və ya hansı hallarda razı deyillər. Birlikdə bu məslələri müzakirə edəcəyik."

Millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycanda media ilə bağlı mükəmməl qanunvericilik bazasının möcud olmasını, informasiya əldə etmək haqqında qanun qəbul olunan vaxtdan bu günə qədər Şərqi Avropada ən mükəmməl qanunlardan biri olduğunu xüsusi qeyd etdi.

Daha sonra çıxış edən Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının (APRA) sədri İlham Məmmədov çıxışında bildirib ki, APRA  təşkilatı 2016-cı ilin may ayında PR strukturunun Azərbaycanda daha geniş aspektdə tətbiqi, ictimaiyyətlə əlaqələr sahəsində tədrisin mükəmməlləşdirilməsi, kadr potensialının artımı üçün şəraitin yaradılması və bu sahənin hərtərəfli inkişafına nail olmaq məqsədilə yaradılıb.

"Bəzi dövlət qurumlarında mətbuat xidməti strukturu olsa da, ictimaiyyətlə əlaqələr strukturu, buna məsul şəxs yoxdur: "Ümumiyyətlə, ictimaiyyətlə əlaqələr  sahəsində akademik təhsil mövcud deyil. Bu sahənin gələcək inkişafını təmin etməyə çalışacağıq" -deyə, İlham Məmmədov bildirdi.

Tədbirdə iştirak edən  professor Cahangir Məmmədli bildirdi ki,belə bir qurumun meydana gəlməsi ciddi məsələ olduğunu, ölkəmizdə fəaliyyət göstərən bəzi məmurlar ictimaiyyətlə əlaqənin, mətbuat xidmətinin nə olduğunu tam başa  düşmədiklərini qeyd etdi. Məhz bu səbəbdəndə də bu məsələnin elmi -nəzəri, parktik məsələlərini mediada geniş işıqlandırılmasının vacibliyinə toxunan Cahangir Məmmədli bunun gənc və yaşlı məmurlar üçün böyük əhəmiyyət kəsb edəciyini vurğuladı.

İctimaiyyətlə Əlaqələr Assosiasiyasının fəaliyyətinin vacibliyini vurğulayan "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bu təşkilatın media və ictimaiyyətlə əlaqələr qurumu arasında münasibətlərin tənzimlənməsinə kömək edəcəyinə ümidini ifadə edib.

A. Quliyev deyib ki, bu sahədə metodik tövsiyələrin verilməsi çox vacibliyinə toxunaraq qeyd etdi ki, Azərbaycanda rəhbərliyi ictimaiyyət  tərəfindən tanınmayan mətbuat xidmətləri var. "Bu qurumların bəziləri mediaya qapalıdır. Əslində isə bu, onların  özünə, fəaliyyətinin işıqlandırılması  üçün lazımdır. Mətbuat xidməti rəhbərinin  savadı, qələmi olmalı və ictimaiyyətlə əlaqələrin formatını bilməlidir. Bu sahədə kadrların yetişməsinə ehtiyac var".

"Azərbaycanda ifadə, söz azadlığı, media sahəsində hesabatlar hazırlananada həmişə neqativ vurğulanan məqamlar olur. O da bundan ibarətdir ki, Azərbaycanda ilkin mənbədən informasiyanın çıxması problemləri mövcuddur. Bəzən, bu hesabatlar qərəzli olur. Amma bəzən də haqlı iradlar olur. Çünki, doğrudan da ilkin mənbədən informasiya əldə etmək medianın əsas mövzularından, problemlərindən biridi. İlkin mənbədən informasiya vermək məsələsinə məsul olan şəxslər sizsiniz. Ona görə də fikrimcə biz burada ciddi müzakirələr apara bilərik. Əlbəttə, bu asan iş deyil. İşin çətinliklərini bilirik"-  deyə, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərlibildirdi.

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, siyasi analitik Elçin Mirzəbəyli öz çıxışında quruma uğurlar arzuladı. "Ayrı - ayrı peşə sahiblərinin təşkilatlanması müsbət haldı. Media ilə mətbuat xidmətləri, ictimaiyyətlə əlaqələr şöbələri arasında mövcud olan problemlərdən danışırıq və bu problemlər də əsasən etimadlı münasibətlərdən qaynaqlandığını vurğulayırıq. Bir çox hallarda qarşılıqlı etimad formalaşmır. Və bununda bir çox spesifik səbəbləri var.

Jurnalist üçün informasiyanın ana mərkəzinə çatmaq vacib məsələlərdən biridi. Qarşı tərəf üçün isə bu informasiyanı mümkün qədər daha az verməyə maraqlıdı. Bu qurumun əsas işi  passiv fəaliyyət göstərən özəl və dövlət sektorunun ictimaiyyətlə əlaqlər şöbələrini aktiv fəaliyyətə cəlb etsin"- deyə, Elçin bəy bildirdi.  

Tədbir qurumların PR və mətbuat xidməti strukturunun fəaliyyəti, məmurların mətbuatdan uzaq düşməsinin səbəbləri, media nümayəndələri və mətbuat xidmətləri arasında əlaqələr və s. mövzular ətrafında müzakirələrlə davam etdirilib. 

Qeyd edək ki, aprelin 14-də keçiriləcək növbəti tədbirdə  beynəlxalq PR mütəxəssisləri də iştirak edəcək.

Ay An

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31