Avropa Komissiyasının Nəqliyyat və Mobillik üzrə baş direktoru Azərbaycana gələcək
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də olub. “OLAYLAR” Gəmiçiliyə istinadən xəbər verir ki, səfir bu günlərdə Avropa Komissiyasının Nəqliyyat və Mobillik üzrə baş direktorunun ölkəmizə səfərinin baş tutacağı haqqında Gəmiçiliyin rəhbərliyinə məlumat verib. Doplomat təmsil etdiyi təşkilatın Azərbaycanla bütün sahələrdə, o cümlədən nəqliyyat sahəsində də əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib. Bu gün Azərbaycanın bölgədə mühüm nəqliyyat qovşağına çevrildiyini bildirən qonaq eyni zamanda Gəmiçiliyin bu qovşaqdakı fəaliyyəti ilə maraqlanıb.
26 Yanvar 2018 16:04 İqtisadiyyatAvropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də olub. "OLAYLAR" Gəmiçiliyə istinadən xəbər verir ki, səfir bu günlərdə Avropa Komissiyasının Nəqliyyat və Mobillik üzrə baş direktorunun ölkəmizə səfərinin baş tutacağı haqqında Gəmiçiliyin rəhbərliyinə məlumat verib. Doplomat təmsil etdiyi təşkilatın Azərbaycanla bütün sahələrdə, o cümlədən nəqliyyat sahəsində də əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib. Bu gün Azərbaycanın bölgədə mühüm nəqliyyat qovşağına çevrildiyini bildirən qonaq eyni zamanda Gəmiçiliyin bu qovşaqdakı fəaliyyəti ilə maraqlanıb.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev şirkətin dünəni və bu günü haqqında qonaqlara məlumat verib. O, bildirib ki, Gəmiçilik qarşısında qısa, orta və uzunmüddətli hədəflər qoyub və inamla bu hədəfləri reallaşdırmağa çalışır.