Əcnəbi dənizçilər Azərbaycanda təlim keçəcək
Dənizdə insan həyatının mühafizəsi və quru yük gəmilərinin təhlükəsiz daşıma əməliyyatları sahəsində fəaliyyət göstərən “Columbia Shipmanagement Ltd” beynəlxalq şirkətinin nümayəndə heyəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də olub. “OLAYLAR” Gəmiçiliyə istinadən xəbər verir ki, görüşdə qonaqlara “AXDG” QSC-nin fəaliyyətini əks etdirən təqdimat nümayiş edilib.
26 Yanvar 2018 16:16 İqtisadiyyatDənizdə insan həyatının mühafizəsi və quru yük gəmilərinin təhlükəsiz daşıma əməliyyatları sahəsində fəaliyyət göstərən "Columbia Shipmanagement Ltd" beynəlxalq şirkətinin nümayəndə heyəti "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də olub. "OLAYLAR" Gəmiçiliyə istinadən xəbər verir ki, görüşdə qonaqlara "AXDG" QSC-nin fəaliyyətini əks etdirən təqdimat nümayiş edilib.
Görüşdə "Columbia Shipmanagement Ltd" şirkəti tərəfindən "AXDG" QSC-nin xidmətlərindən istifadə olunması, o cümlədən Gəmiçiliyin Təlim Tədris Mərkəzində əcnəbi dənizçilər üçün təlimlərin təşkili, həmçinin Bakı Gəmiqayırma Zavodu ilə əməkdaşlığın istiqamətləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Şirkətin sədri Henrix Şuller ikitərəfli əməkdaşlığın artan xətt üzrə inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Azərbaycanın qədim dənizçilik ənənələrinə və gəmiçilik sahəsində güclü potensiala malik olduğunu diqqətə çatdıran "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev rəhbəri olduğu qurumun fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verib. Daha sonra xarici şirkətin nümayəndələri Bakı Gəmiqayırma Zavodunda olublar. Qonaqlara zavodun istehsal gücü haqqında məlumat verilib.