Körfəz Əməkdaşlıq Şurası Ticarət Palataları Federasiyası ilə memorandum imzalanıb
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Körfəz Əməkdaşlıq Şurası Ticarət Palataları Federasiyasının Baş katibi Abdülrahim Naqi ilə Əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalayıblar. “OLAYLAR”-a ASK-dən bildirilib ki, müqavilənin imzalanmasında əsas məqsəd Körfəz Əməkdaşlıq Şurası Ticarət Palataları Federasiyasının üvlərinə və azərbaycanlı sahibkarlara ticarət və investisiyanın təşviqi üçün geniş imkanları tanımaq, müvafiq biznes icmaları arasında qarşılıqlı faydalı ticarət və iqtisadi əlaqələrini inkişaf etdirmək, ticarət və sənaye əlaqələrinin qurulması istiqamətində birgə əməkdaşlıq etməkdir.
26 Yanvar 2018 16:17 İqtisadiyyatAzərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Körfəz Əməkdaşlıq Şurası Ticarət Palataları Federasiyasının Baş katibi Abdülrahim Naqi ilə Əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalayıblar. "OLAYLAR"-a ASK-dən bildirilib ki, müqavilənin imzalanmasında əsas məqsəd Körfəz Əməkdaşlıq Şurası Ticarət Palataları Federasiyasının üvlərinə və azərbaycanlı sahibkarlara ticarət və investisiyanın təşviqi üçün geniş imkanları tanımaq, müvafiq biznes icmaları arasında qarşılıqlı faydalı ticarət və iqtisadi əlaqələrini inkişaf etdirmək, ticarət və sənaye əlaqələrinin qurulması istiqamətində birgə əməkdaşlıq etməkdir.
Mərasimdə ASK-nın prezidenti Məmməd Musayev öz çıxışında imzalanan Memorandumun gələcəkdə hər iki tərəf üçün faydalı olacağını vurğulayaraq, Azərbaycanda hazırda körfəz ölkələrindən olan 280 şirkət fəaliyyət göstərdiyini, Körfəz ərəb ölkələri tərəfindən Azərbaycan iqtisadiyyatına 1,3 mlrd. dollar, Azərbaycan tərəfindən isə 300 mln. dollar investisiya yatırılmasını, 2016-cı ildə isə Azərbaycan və körfəz ölkələri arasında ticarət dövriyyəsi 86 mln. dollar, 2017-ci ilin 8 ayı ərzində isə 40 mln. dollardan çox olduğunu bildirib.