"Parçalanmış dünyada birgə gələcəyin yaradılması"nda yerimiz-  AÇIQLAMA

“Dünya İqtisadi Forumu ölkəmizi təqdim etmək üçün çox vacib və mötəbər bir platformadır. 48-ci dəfə keçirilən ənənəvi Davos Forumu bu dəfə “Parçalanmış dünyada birgə gələcəyin yaradılması” adı altında baş tutdu”. Bu sözləri millət vəkili Aytən Mustafayev deyib.

"Dünya İqtisadi Forumu ölkəmizi təqdim etmək üçün çox vacib və mötəbər bir platformadır. 48-ci dəfə keçirilən ənənəvi Davos Forumu bu dəfə "Parçalanmış dünyada birgə gələcəyin yaradılması" adı altında baş tutdu". Bu sözləri millət vəkili Aytən Mustafayev deyib.

Onun sözlərinə görə, Davos İqtisadi Forumunda dünya liderləri toplaşaraq vacib məsələlər barədə fikir mübadiləsi apardılar: "Forumda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin iqtisadiyyatı haqqında şərhlər verdi, həmçinin təhlillər də iştirak etdi. Azərbaycan bu illər ərzində iqtisadiyyatın difersifikasiyası istiqamətində əldə edilən nailiyyətlər nəticəsində böyük addımlarla irəli getməsinə səbəb olub. Azərbaycan bir sözlə inkişaf edir və milli layihələrə imza atır. Şimaldan Cənuba və Qərbdən Şərqə - iki əsas beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsində yerləşən Azərbaycan əsrlər boyu özünəməxsus körpü rolunu oynayıb. Davos görüşü həm də dünya iqtisadiyyatının inkişaf istiqamətlərini müəyyənləşdirməsinə xidmət edir. Forum qabaqcıl iqtisadi modelləri təbliğ edir, ölkələr arasında partnyorluq münasibətlərinə şərait yaradır. Dövlətlər həmin forumda müxtəlif sahələr üzrə sövdələşmə aparır, dünyanı narahat edən problemlər müzakirə edilir". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31