“Kilsələrinizə raketlər atılsa münasibətiniz necə olardı?” – Ərdoğan Qərbə səsləndi
“Bizim heç kimin torpağında gözümüz olmadığı kimi heç kim qüruruna və heysiyyatına təcavüz etmək niyyətimiz yoxdur”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
26 Yanvar 2018 16:00 Dünya"Bizim heç kimin torpağında gözümüz olmadığı kimi heç kim qüruruna və heysiyyatına təcavüz etmək niyyətimiz yoxdur". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, əməliyyatların nə vaxt sona çatacağını soruşulan gün Kilisdəki məscidə raket atıldı: "Namaz zamanı iki qardaşımız şəhid oldu. Qərb bunu görürmü? Onlarla vətəndaşımız yaralandı. Qərb bunu görürmü? Şanlıurfanın qəsəbələrinə atılan başqa raketlər var. Burdan bizə əməliyyatları tez tamamlayın deyənlərə səslənirəm. Sizin ölkənizdəki şəhərlərə bombalar yağdırılsaydı, atəşlər açılsaydı, raketlər atılsaydı nə edərdiniz? Kilsələrinizin üstünə raket düşsəydi, dua edənlər ölsəydi, sizin münasibətiniz necə olardı? Ey Qərb, siz necə siyasət izləyərdiniz?". Azadinform.az