Gündəm

Deputat: “Türkiyə bu əməliyyatı uğurla başa çatdıracaq”

31 Yanvar 2018 12:25

“Yaxın, Orta Şərqdə baş verən proseslər, o cümlədən, terror aktları və ona qarşı mübarizə hələ uzun illər boyu davam edəcək”. Bu fikri  açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Rusiyaya yeni sanksiyalar tətbiq olunacaq - ABŞ

31 Yanvar 2018 12:22

Yeni antirusiya sanksiyaları yaxın gələcəkdə tətbiq olunacaq. Bunu jurnalistlərə açıqlamasında ABŞ Maliyyə naziri Stiven Mnuçin söyləyib. Onun sözlərinə görə, Vaşinqton artıq bunun üzərində iş aparır: “Biz bir müddət əvvəl yayımlanmış hesabat və kəşfiyyat məlumatlarından istifadə edərək, əlavə sanksiyaların tətbiqi istiqamətində işləyəcəyik. Bu, yaxın zamanlarda gerçəkləşəcək”.

Xüsusi təyinatlılar sərhədə yeridildi –  Afrində ilk əməliyyat

31 Yanvar 2018 12:20

Türk ordusu və ASO “Zeytun budağı” əməliyyatı çərçivəsində Afrinin Raco mahalında məskunlaşma ərazisində keçiriləcək ilk əməliyyata başlayacaq. Bununla bağlı “Vətən” qəzeti informasiya yayıb. Məlumata görə, Raco yaxınlığında ağır itkilər verərək strateji yüksəkliklərə nəzarəti itirən terrorçular mərkəzə çəkilərək mülki insanlardan qalxan olaraq istifadə etməyə başlayıb. Bunun qarşısını almaq üçün hazırlıqlar aparan türk ordusu və ASO əraziyə çoxlu canlı qüvvə və hərbi texnika göndərib.

Putin 200 təyyarə, yüz minlik ordu ilə... – Saakaşvili

31 Yanvar 2018 12:17

Gürcüstan müharibəsi zamanı Corc Buş “Kreml hesabatı”na bənzər şəkildə Rusiya rəsmi şəxslərinə qarşı sanksiyalar hazırlamışdı. Bunu “Azadlıq” radiosuna müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib.

Roqozin: ABŞ-a görə Avropa yüz milyardlar itirdi

31 Yanvar 2018 12:15

ABŞ-ın Rusiyaya qarşı sanksiyaları Avropa şirkətlərinə yüzlərlə milyard dollar zərər vurub. Bunu jurnalistlərə açıqlamasında Rusiya Baş nazirinin müavini Dmitri Roqozin söyləyib. “Vaşinqton Moskvaya qarşı məhdudlaşdırmalardan istifadə edərək, öz məhsullarını irəli çəkir və bununla da avropalıları öz mallarını Rusiya ərazisinə gətirmək imkanından məhrum edir.

Türk əsgəri bizim qardaşımızdır, biz də məhmədik...

31 Yanvar 2018 12:13

Eyni sipərdə can veririk. Biz də məhmədik, türk əsgəri bizim qardaşımızdır. Bu sözləri ASO-nun 21 yaşlı üzvü Məhəmməd Zaib deyib. Deyr əz-Zordan olan və sinəsində “Bir ölər, min dirilərik” yazılmış TSQ nişanı gəzdirən ASO döyüşçüsü bir çox dairələr tərəfindən onlara “terrorçu” damğası vurulmasına münasibət bildirib. “16 yaşımdan özümü mübarizənin içərisində tapmışam.

Azərbaycanlı milyarderə Trampın bir gündə vurduğu zərər – ŞOK RƏQƏM

31 Yanvar 2018 12:09

ABŞ Maliyyə Nazirliyi tərəfindən dərc edilən “Kreml məruzəsi”nə düşmüş Rusiya milyarderlərinin aktivləri bir gün ərzində 1,1 milyard dollar ucuzlaşıb. Bu haqda RBK agentliyi yazıb. Ən çox zərər isə arbaycanlı milyarder, Rusiyanın "Lukoyl" neft şirkətinin prezidenti Vahid Ələkbərov (226 milyon dollar), NLMK-nin Direktorlar Şurasının sədri Vladimir Lisin (205 milyon dollar) və dağıstanlı milyarder, “Nafta-Moskva” kompaniyasının sahibi, Rusiya Federasiya Şurasının senatoru Süleyman Kərimova (102 milyon dollar) dəyib.

Pirallahıda yanğın olub

31 Yanvar 2018 12:08

Paytaxtda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Bakı şəhəri, Pirallahı rayonunda ümumi sahəsi 15 m2 olan tikilinin döşəməsi 15 m2 sahədə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Axtarışda olan 18 nəfər saxlanıb

31 Yanvar 2018 12:07

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 104 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb. DİN-in mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, axtarışda olduğuna görə 18 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Milli Məclis fevralın 1-də toplanır

31 Yanvar 2018 12:05

Fevralın 1-də Azərbaycan Milli Məclisinin yaz sessiyasının ilk plenar iclası keçiriləcək. “Olaylar” xəbər veriir ki, artıq sessiyanın ilk iclasının gündəliyi təsdiq edilib. Belə ki, iclasın gündəliyinə 15 məsələ daxildir.

Elmar Məmmədyarov Türkmənistana səfər edib

31 Yanvar 2018 12:01

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkmənistana rəsmi səfərə yola düşüb.Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a bildiriblər ki, səfər çərçivəsində Elmar Məmmədyarovun Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov və digər yüksək səviyyəli rəsmi şəxslər ilə görüşləri nəzərdə tutulub.

Gənclər xeyriyyə aksiyası keçirəcək

31 Yanvar 2018 11:57

Gənclər Günü ərəfəsində ölkənin ən böyük gənclər platforması olan Gənclər Təşkilatları Milli Şurası tərəfindən fəaliyyətlər davam etməkdədir. Qurumdan “OLAYLAR”-a bildirilib ki, növbəti fəaliyyət 4 fevral tarixində “Park Bulvar” AVM-də “We Can, I can” (Biz bacararıq, Mən bacararam) sosial-xeyriyyə aksiyası baş tutacaq. Xeyriyyə aksiyası Milli Şuranın proqramı “Azərbaycan Könüllülük Xidmət” proqramı çərçivəsində Mərkəzi Qan Bankı və “Qan Donorları Asossasiyası” İctimai Birliyinin ilə tərəfdaşlığı ilə həyata keçirilir.

Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar var

31 Yanvar 2018 11:56

Azərbaycanda səfərdə olan Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyin başçılıq etdiyi nümayəndə heyəti ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev arasında görüş keçirilib. “OLAYLAR” Gəmiçiliyə istinadən xəbər verir ki, görüşdə “AXDG” QSC-nin sədri Rauf Vəliyev ölkəmizdə reallaşdırılan nəqliyyat-logistika layihələri, o cümlədən Gəmiçiliyin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verib. 

Azərbaycanda 3 yeni turizm zonası yaradılır

31 Yanvar 2018 11:53

Mədəniyyət və Turizm Nazirliyi hazırda beynəlxalq tenderin nəticəsində 3 şirkətlə 3 yeni turizm zonasının layihələndirilməsi üzərində işləyir. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalitslərə açıqlamasında deyib. Nazir bildirib ki, yeni turizm zonları var:" Xızı-Nabran, Quba və Qusarda yeni turizm zonları yerləşir".

Olimpiya mükafatçımıza Ukrayna yığmasında iştirak üçün icazə verilib

31 Yanvar 2018 11:51

Azərbaycan millisinin ukraynalı kayakçısı İnna Osipenko-Radomskaya yenidən vətəndaşlığını dəyişib. Bu barədə məlumatı Rio-2016-da yığmamıza bürünc medal qazandıran, ardınca komandamızdan imtina edən idmançının özü verib.