Türk əsgəri bizim qardaşımızdır, biz də məhmədik...

Eyni sipərdə can veririk. Biz də məhmədik, türk əsgəri bizim qardaşımızdır. Bu sözləri ASO-nun 21 yaşlı üzvü Məhəmməd Zaib deyib. Deyr əz-Zordan olan və sinəsində “Bir ölər, min dirilərik” yazılmış TSQ nişanı gəzdirən ASO döyüşçüsü bir çox dairələr tərəfindən onlara “terrorçu” damğası vurulmasına münasibət bildirib. “16 yaşımdan özümü mübarizənin içərisində tapmışam.

Eyni sipərdə can veririk. Biz də məhmədik, türk əsgəri bizim qardaşımızdır. Bu sözləri ASO-nun 21 yaşlı üzvü Məhəmməd Zaib deyib. Deyr əz-Zordan olan və sinəsində "Bir ölər, min dirilərik" yazılmış TSQ nişanı gəzdirən ASO döyüşçüsü bir çox dairələr tərəfindən onlara "terrorçu" damğası vurulmasına münasibət bildirib. "16 yaşımdan özümü mübarizənin içərisində tapmışam. Ailəmdən 52 şəhidim var. Bizi tanımadan şərh verənlər yanılırlar. Babalarımız tarix boyu bir çox cəbhədə birlikdə savaşıb. İndi də Cerablusda başlayan tale ortaqlığımız var. Türk əsgəri bizim müsəlman qardaşlarımızdır. Onları sevirik və bizə qarşı böyük qardaş şəfqəti ilə yanaşırlar. İŞİD-i birlikdə təmizlədik. İndi isə növbə PKK-dadır. Bizim istəyimiz bütün Suriyanı terrorçulardan təmizləməkdir".

Qeyd edək ki, Türkiyədə CHP və HDP üzvləri Azad Suriya Ordusunun terror qruplaşması olduğunu bildirib. Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31