Deputat: “Türkiyə bu əməliyyatı uğurla başa çatdıracaq”

“Yaxın, Orta Şərqdə baş verən proseslər, o cümlədən, terror aktları və ona qarşı mübarizə hələ uzun illər boyu davam edəcək”. Bu fikri  açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib.

"Yaxın, Orta Şərqdə baş verən proseslər, o cümlədən, terror aktları və ona qarşı mübarizə hələ uzun illər boyu davam edəcək". Bu fikri  açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Deputat qeyd edib ki, bunun da səbəbi aydındır. O vurğulayıb ki, bəzi dövlətlər terror qruplarından özlərinin geniş miqyaslı məqsədləri ilə istifadə edirlər. M. Qasımlının fikrincə, Türkiyənin Afrində antiterror əməliyyatlarına başlaması məcburiyyətdən və BMT nizamnaməsinin tələblərindən irəli gələn özünü müdafiə məqsədi güdür, beynəlxalq hüquq normalarına tamamilə uyğundur: "Hesab edirəm ki, Türkiyə bu əməliyyatı uğurla başa çatdıracaq və sərhədləri boyunca terror zolağının süni şəkildə qurulmasına icazə verməyəcək. Türkiyənin qazanacağı uğur Avropanın və dünyanın da faydasına olacaq. Onlar da rahat nəfəs ala biləcəklər".

Deputat sonda deyib ki, ona görə də normal dövlətlərin və xalqların Türkiyəni müdafiə etməsi lazımdır: "Eyni zamanda Türkiyə terrora qarşı mübarizədə bir nümunə ortaya qoydu və yol göstərdi". Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31