Gündəm

Nazir "Yanardağ"dan DANIŞDI: "Prezidentin iradı haqlıdır"

31 Yanvar 2018 13:02

"Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğun bərpası ilə bağlı layihə hazırlanıb. Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib. Nazir bildirib ki, layihələndirmənin əsasında işlər görüləcək: "Amma orada olan bəzi fərdi yaşayış yerləri ilə bağlı məsələlər həll edildikdən sonra işlər görüləcək. Dövlət bu işlə məşğuldur. Cənab Prezidentin bununla bağlı iradı tamamilə haqlıdır. Bu çoxdan aktual olan bir məsələdir. Biz bu məsələyə çoxdan diqqət yetirməli idik. Təndiqdən nəticə çıxardacağıq".

Dəllallıqla məşğul olan turizm şirkətləri məsuliyyətə cəlb olunacaq - Qanun hazırlanır

31 Yanvar 2018 12:59

Turizm fəaliyyəti üzrə lisenziyaların verilməsinin aradan qaldırılmasından sonra bəzi dəllallar ortalığa çıxıb. Bunu mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Azərbaycan Konqresə Bürosu Açıq Qapılar tədbirində çıxışında deyib.

Zərdabda 4 otaqlı ev yanıb

31 Yanvar 2018 12:57

Zərdab rayonunda vətəndaşa məxsus 4 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, rayonun Şahhüseynli kəndində ümumi sahəsi 120 m2 olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 41 m2 sahədə və mətbəxi 9 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Psixotrop maddələrin ölkəyə gətirilməsinin qarşısı alınıb

31 Yanvar 2018 12:56

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda psixotrop maddənin ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsinə cəhdin qarşısını alıblar.

Komitənin əməkdaşları qadın məhbuslarla görüşüblər

31 Yanvar 2018 12:55

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq çərçivəsində qadın məhkumların hüquqi maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Komitədən “Olaylar”a verilən məlumata görə, bu istiqamətdə işləri davam etdirmək məqsədilə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qadınların problemlərinin öyrənilməsi və həlli məqsədilə Komitənin əməkdaşlarının məhkumlarla görüşü keçirilib.

Hava yağmursuz keçəcək

31 Yanvar 2018 12:46

Bakı və Abşeron yarımadasında fevralın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. 

Sabahdan tələbə köçürülmələrinə başlanılır

31 Yanvar 2018 12:44

Sabahdan tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılır.

Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

31 Yanvar 2018 12:41

Polis əməkdaşları tərəfindən narkotiklərə qarşı qətiyyətli tədbirlər davam etdirilir. Ötən gün bu istiqamətdə keçirilən tədbirlər nəticəsində 4 kiloqrama yaxın yüksək təsiredici xüsusiyyətə malik olan narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Nazirlik: Strateji Yol Xəritəsi üzrə 8 tədbirin icrası tamamlanıb

31 Yanvar 2018 12:39

Energetika Nazirliyi 2017-ci ildə kommunal xidmətlərə dair Strateji Yol Xəritəsi üzrə 8 tədbirin icrasını tamamlayıb. “Olaylar” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2017-ci il üzrə “Yanacaq-energetika kompleksində fəaliyyətə dair” hesabatında deyilir.Bildirilir ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planında Energetika Nazirliyi 20 tədbir üzrə əsas icraçı, 23 tədbir üzrə isə digər icraçı kimi göstərilib. Nazirliyin əsas icraçı olduğu 20 tədbirdən 8 tədbirin icrası 2017-ci ildə tamamlanıb, 7 tədbirin icrası 2017-2018-ci illərdə, 5 tədbirin icrasının isə 2017-2020-ci illərdə tamamlanması nəzərdə tutulub.

Qida məhsulları ixrac edən sahibkarlarla görüş keçirilib

31 Yanvar 2018 12:38

Yanvarın 31-də Bakıda "Təhlükəsiz qida ilə ixraca dəstək" devizi altında qida məhsullarının ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib. İqtisadiyyat Nazirliyindən verilən mlumata görə, tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov bildirib ki, Azərbaycanda istehsal olunan məhsulların bəzən standartı və keyfiyyəti digər ölkələrin standartlarına uyğun olmadığı üçün idxalı məhdudlaşdırılır.

Ölkədə xüsusi notariusların fəaliyyəti genişlənir

31 Yanvar 2018 12:35

Ötən il notariat orqanlarında aparılan əməliyyatların sayı artaraq 3,9 milyona çatıb, bunların da 94%-i xüsusi notariuslar tərəfindən rəsmiləşdirilib. Həmçinin, 324 min vətəndaşlıq vəziyyəti aktı qeydə alınıb.

Rusiyanın tanınmış jurnalistləri Svanidze və Şevçenko canlı efirdə əlbəyaxa olublar

31 Yanvar 2018 12:32

Yanvarın 30-da Rusiyanın “Komsomolskaya pravda” radiostansiyasının canlı efirində tanınmış jurnalistlər Nikolay Svanidze və Maksim Şevçenko arasında əlbəyaxa dava olub.

ÇAĞLA Şikəl: “Tərəf müqabili istəmirəm”

31 Yanvar 2018 12:26

Uzun zaman Alişanla birgə veriliş təqdim edən türkiyəli model Çağla Şikəl artıq tərəf müqabili istəmədiyini açıqlayıb. Olaylar.az bildirir ki, model jurnalistlərə verdiyi açıqlamada bundan sonra aparıcısı olduğu verilişləri tək təqdim edəcəyini bildirib. Model Alişanla son olaraq Kanal D –də yayımlanan “Dostlar məhəlləsi” serialında birgə iştirak ediblər.