Qida məhsulları ixrac edən sahibkarlarla görüş keçirilib

Yanvarın 31-də Bakıda "Təhlükəsiz qida ilə ixraca dəstək" devizi altında qida məhsullarının ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib. İqtisadiyyat Nazirliyindən verilən mlumata görə, tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov bildirib ki, Azərbaycanda istehsal olunan məhsulların bəzən standartı və keyfiyyəti digər ölkələrin standartlarına uyğun olmadığı üçün idxalı məhdudlaşdırılır.

Yanvarın 31-də Bakıda "Təhlükəsiz qida ilə ixraca dəstək" devizi altında qida məhsullarının ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib. İqtisadiyyat Nazirliyindən verilən mlumata görə, tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov bildirib ki, Azərbaycanda istehsal olunan məhsulların bəzən standartı və keyfiyyəti digər ölkələrin standartlarına uyğun olmadığı üçün idxalı məhdudlaşdırılır. Onun sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti bu problemləri aradan qaldıracaq: "Artıq AZPROMO ilə Qida Təhlükəsizliyi Agentliyi arasında geniş əməkdaşlıq proqramları mövcuddur. Tərəflər sıx əməkdaşlıq edir və görüşlər keçirirlər". Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli isə bildirib ki, hazırda agentliyin maddi texniki bazası yaradılır və strukturu formalaşdırılır: "Bununla bağlı müxtəlif nazirliklərlə iş aparılır. Azərbaycanda qida təhlükəsizliyi haqqında qanun olmadığı üçün bəzi mövcud qanunlara uyğun olaraq uyğunlaşdırmalar aparmalıdırlar. Bir neçə aya hüquqi baza yaradıldıqdan sonra agentlik tam olaraq işə başlayacaq". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31