Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Bakıya səfərinin tarixi məlum olub
31 Yanvar 2018 12:30 SiyasətAvropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Bakıya səfərinin tarixi məlum olub. Məlumata görə, T. Klaar fevralın 19-20-də ölkəmizə səfər edəcək. Hazırda səfərin planlaşdırılması ilə bağlı işlər aparılır.
Qeyd edək ki, T. Klaar noyabrın 13-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı məsələləri üzrə xüsusi nümayəndəsi təyin olunub. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31