Gündəm
"Lampa öz altını görmür" - Kərimlə Natavan Həbibi ARASINDA QALMAQAL
Kərim Abbasov 5 ildir küsülü olduğu müğənni Natavan Həbibinin “bostanına" növbəti dəfə daş atıb. Müğənni sosial şəbəkə vasitəsiylə Natavan Həbibiyə xəbərdarlıq göndərib. Kərim Abbasov ad çəkməsə də, sözlərinin Natavana ünvanlandığı məlum olub: “Bəzi müğənnilərdən xahişim var. Çox rica edirəm, ünvanıma daş atmayın. Xahiş edirəm, mənlə işiniz olmasın. Lampa öz altını görmür. Amma sizi yaxşı görürəm, tanıyıram. Əgər problem axtarmırsınızsa, öz taxta başınızda mənim adıma “stop” deyin. Bu, hədə-qorxu deyil. Sadəcə sizin biabır olmağınızı istəmirəm, bu, böyük bir məsləhətdir”.
Yol qəzalarının müqayisəli təhlili, dinamika və qorxulu məqamlar
"2017-ci ildə Bakıda şəhərində 646 yol qəza hadisəsi qeydə alınıb. Nəticədə 207 nəfər həlak olub, 552 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əgər baş verən hadisələri, eləcə də nəticədə ölən və yaralananların statitistikasını son 5 illə müqayisə etsək görərik ki, onların sayı xeyli azalıb. Məsələn, müqayisə üçün deyək ki, 2013-cü ildə 1011 yol-nəqliyyat hadisəsi baş verib, 342 nəfər ölüb, 1000 nəfər yaralanıb. Yəni 5 il əvvəlki ilə müqayisədə hadisələrin sayı, ölüm və xəsarət faktları xeyli azalıb".
“Kreml hesabatı” son anda dəyişdirilib – Müəllifdən şok
“Kreml hesabatı” son anda dəyişdirilib. Bu iddia ilə Atlantik Şurasının eksperti və “Kreml hesabatı”nın müəlliflərindən biri Anders Oslund söyləyib.
Bərzani Ankaraya qarşı çıxdı – Afrin müzakirəsi
Bərzani hakimiyyəti Türkiyənin “Zeytun budağı” əməliyyatından narazılığını ifadə edib. Bu barədə Türkiyə mətbuatı informasiya yayıb. İraq Kürd Muxtariyyətinin parlamentində keçirilən iclas zamanı Türkiyənin Afrində keçirilən “Zeytun budağı” əməliyyatı qınanılıb.
“Roma”nın futbolçusu “Çelsi”də - RƏSMİ
"Çelsi" heyətinə yeni futbolçu cəlb edib. London təmsilçisi "Roma"nın müdafiəçisi Emersonu transfer edib. Braziliyalı futbolçu ilə 4,5 illik müqavilə imzalanıb. O, yeni komandasında 33 nömrəli formanı geyinəcək. Bu keçidə görə "Çelsi"nin "Roma"ya 20 milyon avro ödədiyi bildirilir.
Poqba Türkiyənin "Gəclər birliyi"nə transfer oluna bilər
"Mançester Yunayted"in 105 milyon avroya "Yuventus"dan transfer etdiyi Paul Poqbanın böyük qardaşı Florentin Poqba Türkiyəyə transfer olunur. Bu barədə "L'Equipe" məlumat yayıb. Fransa qəzeti iddia edib ki, Poqbanı "Gənclərbirliyi" transfer edir. "Sent-Etyenn"də heyətə düşməkdə çətinlik çəkən 27 yaşlı Qvineya əsilli fransalı müdafiəçi cari mövsümdə cəmi 6 rəsmi oyuna çıxıb.
ETSN: “Teleqüllə” sürüşmə sahəsindən götürülən nümunələr laborator analizə göndərilib
““Teleqüllə” sürüşmə sahəsində apardığımız buruq-qazma işləri başa çatıb. Mexaniki, fiziki xüsusiyyətləri öyrənmək üçün ərazidən götürülən nümunələr laborator analizə göndərilib”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Uzaq mənzilli raketlərlə təchiz edilən ingilis gəmisi Qara Dənizdə
Böyük Britaniyanın Krallıq Hərbi Dəniz Qüvvələrinin Dunkan esminets hərbi gəmisi Bosfor və Dardanel boğazlarını keçərək Qara dənizə daxil olub. İngilis hərbi gəmisini Türkiyə Hərbi Dəniz Qüvvələrinin Qaziantep freqatı müşayiət edir.
Tehranı kəsəyən və siçanlar “işğal” edib
İranın paytaxtı Tehranın sakinlərinin başı siçan və kəsəyənlərlə dərtdədir. Şəhərdə 50 milyondan artıq siçan və kəsəyən yaşayır. Bələdiyyənin bütün səylərinə baxamayaraq siçanlarla baş etmək mümkün olmur. Sakinlərin ifadələrinə görə bu siçan və kəsəyənlər insalardan və pişiklərdən də qorxmur. Bunun səbəbi isə şəhərin küçələrindəki zibil yığınları göstərilir.
2 Fevral Gənclər Günü qeyd edilib
Sabunçu Gənclər Evində 2 Fevral- Azərbaycan Gəncləri Günü qeyd edilib. “OLAYLAR”-a Bakı Şəhəri üzrə Gənclər İdarəsindən bildirilib ki, tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, rayon mhüquq mühafizə orqanlarının rəhbər işçiləri və rayonun ictimai-mədəni həyatında fəal olan gənclər iştirak etdilər.
İmtahanlar başa çatıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən işə qəbul üzrə elan edilmiş müsabiqələrin test imtahanı mərhələsi yekunlaşıb. “OLAYLAR” xəbər verir ki, imtahanlarda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə, o cümlədən BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinə (TDM) işə qəbul üzrə qeydiyyatdan keçmiş namizədlər iştirak edib.
Milli Məclis fevralda 3 iclas keçirəcək
Milli Məclisin fevralda keçiriləcək növbəti iclaslarının vaxtı məlum olub. Məlumata görə, parlamentin fevralda ilk iclasından başqa daha iki iclası keçiriləcək. Belə ki, Milli Məclisin yaz sessiyasının növbəti iclasları fevralın 13 və 23-də olacaq. Qeyd edək ki, sabah- fevralın 1-də Milli Məclisin yaz sessiyasının ilk iclası keçiriləcək. Sabahkı iclasda 15 məsələyə baxılacaq.
Terrorçulardan azad edilən kəndlərdən ilk FOTOlar
"Zeytun budağı" əməliyyatının 11-ci günündə terrorçulardan azad edilən Halil və Hane kəndlərinin fotoları yayılıb. Əməliyyat başlayandan bu vaxtadək ümumilikdə 712 terrorçu məhv edilib.
Yığmamızdan imtina etdi, Ukrayna millisində iştirakına icazə verildi
Azərbaycan millisinin ukraynalı kayakçısı İnna Osipenko-Radomskaya yenidən vətəndaşlığını dəyişib. Bu barədə məlumatı Rio-2016-da yığmamıza bürünc medal qazandıran, ardınca komandamızdan imtina edən idmançının özü verib. 2014-2016-cı illərdə Azərbaycan millisinin şərəfini qoruyan Osipenko-Radomskaya bildirib ki, növbəti yarışlarda artıq Ukrayna bayrağı altında iştirakına rəsmi icazə verilib: "Beynəlxalq Kanoe Federasiyasına Azərbaycan yığmasında çıxışımı başa çatdırdığımla bağlı sənəd göndərilib. Ukraynaya dönmüşəm və ölkəmizi beynəlxalq arenada təmsil etmək istəyirəm. Buna artıq razılıq verilib".
Prokuror 12 milyon dollarlıq dələduzluqda təqsirləndirilən iş adamına cəza istəyib
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən iş adamı Ceyhun Canıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, C. Canıyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.














