Uzaq mənzilli raketlərlə təchiz edilən ingilis gəmisi Qara Dənizdə
Böyük Britaniyanın Krallıq Hərbi Dəniz Qüvvələrinin Dunkan esminets hərbi gəmisi Bosfor və Dardanel boğazlarını keçərək Qara dənizə daxil olub. İngilis hərbi gəmisini Türkiyə Hərbi Dəniz Qüvvələrinin Qaziantep freqatı müşayiət edir.
31 Yanvar 2018 13:35 SosialBöyük Britaniyanın Krallıq Hərbi Dəniz Qüvvələrinin Dunkan esminets hərbi gəmisi Bosfor və Dardanel boğazlarını keçərək Qara dənizə daxil olub. İngilis hərbi gəmisini Türkiyə Hərbi Dəniz Qüvvələrinin Qaziantep freqatı müşayiət edir. Gəmi Tomahavq raketləri ilə təchiz edilib və 2500 kilometr radiusunda bir çox hədəfi vurma qabiliyyətinə sahibdir. Gəmilərin Qara dənizin Qərb sahili ilə Şimal istiqamətində hərəkət etdiyi bildirilir. Qeyd edək ki, bir neçə gün əvvəl ingilislərin Enterprays hidroqrafik kəşfiyyat gəmisi Türkiyə Hərbi Dəniz Qüvvələrinin Akçay gəmisinin müşayəti ilə Qara dəniz daxil olub.
Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.