2 Fevral Gənclər Günü qeyd edilib
Sabunçu Gənclər Evində 2 Fevral- Azərbaycan Gəncləri Günü qeyd edilib. “OLAYLAR”-a Bakı Şəhəri üzrə Gənclər İdarəsindən bildirilib ki, tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, rayon mhüquq mühafizə orqanlarının rəhbər işçiləri və rayonun ictimai-mədəni həyatında fəal olan gənclər iştirak etdilər.
31 Yanvar 2018 13:22 SosialSabunçu Gənclər Evində 2 Fevral- Azərbaycan Gəncləri Günü qeyd edilib. "OLAYLAR"-a Bakı Şəhəri üzrə Gənclər İdarəsindən bildirilib ki, tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, rayon mhüquq mühafizə orqanlarının rəhbər işçiləri və rayonun ictimai-mədəni həyatında fəal olan gənclər iştirak etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bildirib ki, ölkəmizdə gənclərə belə yüksək dəyərin verilməsini ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, dövlətimizin apardığı gənclər siyasətinin rolundan, idmanın və gənclər siyasətinin Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu bildirib.
Çıxışlardan sonra rayonun ictimai-mədəni həyatında fəallığı ilə fərqlənən gənclərə diplom və hədiyyələr təqdim edilib.