“Kreml hesabatı” son anda dəyişdirilib – Müəllifdən şok
“Kreml hesabatı” son anda dəyişdirilib. Bu iddia ilə Atlantik Şurasının eksperti və “Kreml hesabatı”nın müəlliflərindən biri Anders Oslund söyləyib.
31 Yanvar 2018 13:46 Dünya"Kreml hesabatı" son anda dəyişdirilib. Bu iddia ilə Atlantik Şurasının eksperti və "Kreml hesabatı"nın müəlliflərindən biri Anders Oslund söyləyib. Onun sözlərinə görə, bu sənəddə ilk olaraq Kremlin hesabına sərvət qazanan sahibkar və oliqarxlar göstərilsə də, son anda dəyişdirilib: "Son dəqiqələrdə heç kimin tanımadığı hansısa yüksək vəzifəli şəxs ekspertlərin bütün işini kənara ataraq, bunun yerinə Rusiya hakimiyyətindəki yüksək vəzifəli şəxslər və 96 rus milyarderinin adını yazıb. Bu yüksəkçinli şəxs daha bir hesabat hazırlayan hökumət ekspertlərini özünə güldürüb. Bununla da CAATSA qeyri-effektiv sanksiyalara çevrilib". Axar.az