Gündəm

Məmmməd Əmin Rəsulzadənin həyatın kim xilas edib?

31 Yanvar 2018 14:27

Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı Məmməd Əmin Rəsulzadənin doğum günüdür. Zaman-zaman bu dahi şəxsiyyət barədə müxtəlif fikirlər, bir-birinə zidd olan yanaşmalar səsləndirilib, gündəmə gəlib. Hətta dahi şəxsiyyətin bir neçə dəfə ölüm təhlükəsi ilə baş-başa qaldığı zaman onun kim tərəfindən xilas edildiyi barədə də fərqli mülahizələr, ziddiyyətli fikirlər ortaya atılıb.

Regionların sosial-iqtisadi inkişafına dair indiyədək qəbul edilən bütün Dövlət Proqramlarının icrası uğurla həyata keçirilib

31 Yanvar 2018 14:25

Bu gün öz dinamik inkişaf yolunda olan Azərbaycan iqtisadiyyatının hazırkı mərhıələyə gəlib çatmasında Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının xüsusi yeri və çəkisi var. Məhz bu proqramların uğurlu icrasının nəticəsidir di, bu gün ölkədə bütün parametrlər üzrə inkişaf nəzərə çarpır. İstər iqtisadi. Istər sosial, istərsə də təhsil və mədəni sahələrdə əldə etdiyimiz uğurların təməlində məhz 2004-cü ildən ölkədə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları dayanır. Bu məqam bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iştirakı ilə keçirilən Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illər Dövlət Proqramının icrasının yekunlarına həsr olunmuş konfransda da bir daha öz təsdiqini tapdı.

Gənclərin peşə seçiminə təsir göstərən faktorlar

31 Yanvar 2018 14:23

Bir qayda olaraq gənclər öz gələcək peşələrini seçərkən bir çox problemlərlə üzləşirlər. Daha dəqiq desək gənc onun qərarlarına təsir edəcək bir çox amillərlə qarşılaşır. Bu  amillər sırasına onun doğulduğu ailəsi, yaşadığı cəmiyyət, fərdi  xarakterik xüsusiyyətləri, maraq və meylləri, qabiliyyətləri də daxildir. Məhz bu kimi mənfi hallar gəncin gələcəkdə yalnış seçim etməsinə gətirib çıxarır.

Hesablama Palatası parlamentə hesabat verəcək

31 Yanvar 2018 14:21

Hesablama Palatasının 2017-cı il üzrə fəaliyyəti ilə bağlı Milli Məclisdəhesabat verəcək. “Olaylar” xəbər verir ki, Palatanın illik nəzarət tədbirlərinin nəticəsinin fevralın 23-də parlamentdə dinlənilməsi və müzakirəsi nəzərdə tutulur. Hesabatın yaxın günlərdə Milli Məclisə təqdim olunacağı gözlənilir.

“Bakcell”dən developerlər üçün “Blokçeyn texnologiyası və yeni imkanlar” mövzusunda təlim

31 Yanvar 2018 14:19

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti özünün “AppLab” proqramında iştirak edən gənc developerlərin peşəkar inkişafına dəstək göstərmək məqsədilə müxtəlif mövzularda təlimlər keçirir.

Reyhanlıya iki raket atıldı – Bir məktəbli həlak oldu

31 Yanvar 2018 14:18

Suriyanın Afrin bölgəsində  YPG terror təşkilatı tərəfindən Türkiyənin Hatay vilayətinə iki raket zərbəsi endirilib. Oyalylar.az bildirir ki, Hatayın Reyhanlı bölgəsinə atılan raketlər iki ayrı  evə düşüb. Hadisə nəticəsində 17 yaşındakı məktəbi Fatma Avlar  həlak olub, bir qadın ağır yaralanıb.

Bəzi ömürlük məhbuslar əfv olunacaqlar- ƏFV KOMİSSİYASININ ÜZVÜNDƏN AÇIQLAMA

31 Yanvar 2018 14:15

“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası artıq bir iclası keçirib. Komissiyaya ümumilikdə 1000-ə yaxın müraciət daxil olub. Onların 100-nə dünən keçirilən iclasda baxılıb. Digər müraciətlərə də 2 ay ərzində baxılacaq”.

Türkiyə təyyarələri Afrində aeroportu bombalayır

31 Yanvar 2018 14:11

Türkiyənin Hərbi Hava Qüvvələri Afrin şəhəri yaxınlığında “Minnak” hava limanını bombalayır. Məlumata görə, bu barədə hərbi mənbəyə istinadən xəbər verilib. Hava hücumlarına məruz qalan aeroportdan terrorçuların baza olaraq istifadə etdikləri barədə məlumat əldə edilib. Eləcə də son dəqiqələr Afrin yaxınlığında Maranez və Bafel yüksəklikləri uğrunda döyüşlər getdiyi bildirilib.

Silsilə oğurluqla məşğul olan şəxs saxlanıb

31 Yanvar 2018 14:05

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il iyunun 5-dən dekabrın 31-dək olan müddətdə rayon ərazisində 2 avtomobildən akkumulyator, habelə 3 evdən geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Arzu Rəhimov saxlanılıb.

Oğrunun digər əməlləri də ifşa olunub

31 Yanvar 2018 14:06

Oğurluq etdiyinə görə tutulmuş şəxsin törətdiyi digər cinayət əməlləri də müəyyən edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Əskər Əkbərovun ətrafında Xəzər RPİ 1-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il mayın 29-dan dekabrın 23-dək olan müddətdə rayon ərazisindəki 3 həyətyanı sahədən məişət əşyaları, qaz sayğacı və su mühərriki oğurlaması da müəyyən edilib.

Xeyli silah-sursat polisə təhvil verilib

31 Yanvar 2018 13:59

Polis əməkdaşları tərəfindən əhali arasında aparılan profilaktiki və hüquqi maarifləndirmə tədbirləri öz təsirini göstərir. DİN-dən “Olaylar”a verilən məlumata görə, belə tədbirlərin nəticəsidir ki, ötən gün də vətəndaşlar tərəfindən xeyli silah-sursat polis orqanlarına təhvil verilib. Belə ki, yanvarın 30-da ümumilikdə 5 silah - 1 ədəd “Karabin”, 1 ədəd “TOZ-8” 3 ədəd “İJ” markalı ov tüfəngləri vətəndaşlar tərəfindən könüllü olaraq Ordubad, Biləsuvar və Salyan rayon polis şöbələrinə təhvil verilib. Həmçinin Pirallahı qəsəbə sakini Təbib Mirzəyev 2 ədəd “F-1” markalı qumbaranı, 2 ədəd qumbara alışdırıcısını və 20 ədəd patronu könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.

Qazaxıstan Məclisinin sədri Bakıya gəlir

31 Yanvar 2018 13:58

Fevralın 1-də Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin Bakıya rəsmi səfər edəcək. Bu barədə Türkdilli ölkələrin Parlament Assambleyasından (TÜRKPA) məlumat verilib. Məlumatda bildirilir ki, Parlament Məclisinin sədri TÜRKPA katibliyini də ziyarət edəcək.

Bilik Fondu ilə səfirlik arasında memorandum imzalandı

31 Yanvar 2018 13:57

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Ukraynanın Respublikasının Azərbaycandakı səfirliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb. Olaylar.az bildirir ki, səfirlikdə keçirilən mərasimdə memorandumu Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Ukraynanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Aleksandr Mişenko imzalayıblar.

"Zeytun budağı"nın son gündəliyi - Bak Ubasi azad edildi və...

31 Yanvar 2018 13:54

Suriyada aparılan "Zeytun budağı" əməliyyatının 12-ci günündə zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb. Məlumata görə, indiyədək Afrində keçirilən əməliyyatlar zamanı PYD və YPG-nin 712 terrorçusu zərərsizləşdirilib. Məlumata görə, Hərbi Hava Qüvvələri tərəfindən terror təşkilatlarına məxsus 22 yeni hədəf – atəş nöqtələri, silah anbarları və digər məntəqələr məhv edilib.