"Zeytun budağı"nın son gündəliyi - Bak Ubasi azad edildi və...
Suriyada aparılan "Zeytun budağı" əməliyyatının 12-ci günündə zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb. Məlumata görə, indiyədək Afrində keçirilən əməliyyatlar zamanı PYD və YPG-nin 712 terrorçusu zərərsizləşdirilib. Məlumata görə, Hərbi Hava Qüvvələri tərəfindən terror təşkilatlarına məxsus 22 yeni hədəf – atəş nöqtələri, silah anbarları və digər məntəqələr məhv edilib.
31 Yanvar 2018 13:54 DünyaSuriyada aparılan "Zeytun budağı" əməliyyatının 12-ci günündə zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb. Məlumata görə, indiyədək Afrində keçirilən əməliyyatlar zamanı PYD və YPG-nin 712 terrorçusu zərərsizləşdirilib. Məlumata görə, Hərbi Hava Qüvvələri tərəfindən terror təşkilatlarına məxsus 22 yeni hədəf - atəş nöqtələri, silah anbarları və digər məntəqələr məhv edilib.
Bundan başqa, Bak Ubasi kəndi terrorçulardan azad edilib.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub. Trend.az Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına istinadən xəbər verir.