Bilik Fondu ilə səfirlik arasında memorandum imzalandı
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Ukraynanın Respublikasının Azərbaycandakı səfirliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb. Olaylar.az bildirir ki, səfirlikdə keçirilən mərasimdə memorandumu Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Ukraynanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Aleksandr Mişenko imzalayıblar.
31 Yanvar 2018 13:57 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Ukraynanın Respublikasının Azərbaycandakı səfirliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Olaylar.az bildirir ki, səfirlikdə keçirilən mərasimdə memorandumu Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Ukraynanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Aleksandr Mişenko imzalayıblar.
O.Səmədov sənəddə əksini tapan prioritet istiqamətləri diqqətə çatdıraraq bildirib ki, qarşılıqlı əməkdaşlıq çərçivəsində iki xalqın tarixi və mədəniyyəti, sosial və iqtisadi həyatı barədə informasiya mübadiləsi həyata keçiriləcək, alimlər mühazirələ və təlimlərə cəlb olunacaqlar, Səfirliyin nümayəndələri Fondun nəzdində fəaliyyət göstərən klublarda görüşlərə qatılacaqlar, səfirlikdə gənc jurnalistlər üçün "Açıq qapı" günü keçiriləcək.
Səfir Aleksandr Mişenko ötən il Bilik Fondunun qonağı olduğunu xatırladaraq, bu gün imzalanan memorandumun məhz həmin tarixdə əsasının qoyulduğunu deyib.
A.Mişenko sənəddə əksini tapan fəaliyyət istiqamətləri üzrə əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.
Səmimi və işgüzar şəraitdə keçən görüşün sonunda qonağa Bilik Fondunun hədiyyələri, kitablar təqdim.