Reyhanlıya iki raket atıldı – Bir məktəbli həlak oldu

Suriyanın Afrin bölgəsində  YPG terror təşkilatı tərəfindən Türkiyənin Hatay vilayətinə iki raket zərbəsi endirilib. Oyalylar.az bildirir ki, Hatayın Reyhanlı bölgəsinə atılan raketlər iki ayrı  evə düşüb. Hadisə nəticəsində 17 yaşındakı məktəbi Fatma Avlar  həlak olub, bir qadın ağır yaralanıb.

Hər iki hadisə yerinə də çox sayda polis, xilasetmə və tibbi heyət cəlb edilib.

Qeyd edək ki, Türk Silahlı Qüvvələri yanvarın 20 - dən Suriyanın Afrin şəhərində İŞİD, YPG, PKK terror təşkilatına qarşı "Zeytun budağı" əməliyyatı həyata keçirir. Əməliyyat zamanı 712 terrorçu zərərsizləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31