Nazirlik: Strateji Yol Xəritəsi üzrə 8 tədbirin icrası tamamlanıb

Energetika Nazirliyi 2017-ci ildə kommunal xidmətlərə dair Strateji Yol Xəritəsi üzrə 8 tədbirin icrasını tamamlayıb. “Olaylar” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2017-ci il üzrə “Yanacaq-energetika kompleksində fəaliyyətə dair” hesabatında deyilir.Bildirilir ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planında Energetika Nazirliyi 20 tədbir üzrə əsas icraçı, 23 tədbir üzrə isə digər icraçı kimi göstərilib. Nazirliyin əsas icraçı olduğu 20 tədbirdən 8 tədbirin icrası 2017-ci ildə tamamlanıb, 7 tədbirin icrası 2017-2018-ci illərdə, 5 tədbirin icrasının isə 2017-2020-ci illərdə tamamlanması nəzərdə tutulub.

Energetika Nazirliyi 2017-ci ildə kommunal xidmətlərə dair Strateji Yol Xəritəsi üzrə 8 tədbirin icrasını tamamlayıb. "Olaylar" xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2017-ci il üzrə "Yanacaq-energetika kompleksində fəaliyyətə dair" hesabatında deyilir.Bildirilir ki, "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planında Energetika Nazirliyi 20 tədbir üzrə əsas icraçı, 23 tədbir üzrə isə digər icraçı kimi göstərilib. Nazirliyin əsas icraçı olduğu 20 tədbirdən 8 tədbirin icrası 2017-ci ildə tamamlanıb, 7 tədbirin icrası 2017-2018-ci illərdə, 5 tədbirin icrasının isə 2017-2020-ci illərdə tamamlanması nəzərdə tutulub. Həmin Strateji Yol Xəritəsinin Tədbirlər Planının 2017-ci ildə tamamlanması nəzərdə tutulan 2.1.1. Elektrik enerjisinə olan ölkədaxili ehtiyacın proqnozlaşdırılması; 2.1.2. Enerji mənbələri üzrə prioritetlərin müəyyən edilməsi üçün texniki-iqtisadi əsaslandırmaların hazırlanması; 2.2.1. Alternativ və bərpa olunan enerji potensialının qiymətləndirilməsi; 2.3.3. İxracla bağlı həyata keçiriləcək tədbirlər üzrə işçi qrupunun yaradılması; 3.2.1. Səmərəliliyin artırılması məqsədilə icra mexanizmlərinin müəyyənləşdirilməsi; 3.2.3. Elektrik enerjisi verilişinin keyfiyyətini izləyən əsas icra göstəricilərinin (ƏİG) tətbiq edilməsi; 3.4.1. Elektroenergetika sahəsində əsas tənzimləyici qanunun və digər əlaqəli sənədlərin təkmilləşdirilməsi və 7.2.1. İstilik təchizatı sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi yarımbəndlərinin icrası başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31