Ölkədə xüsusi notariusların fəaliyyəti genişlənir
Ötən il notariat orqanlarında aparılan əməliyyatların sayı artaraq 3,9 milyona çatıb, bunların da 94%-i xüsusi notariuslar tərəfindən rəsmiləşdirilib. Həmçinin, 324 min vətəndaşlıq vəziyyəti aktı qeydə alınıb.
31 Yanvar 2018 12:35 SosialÖtən il notariat orqanlarında aparılan əməliyyatların sayı artaraq 3,9 milyona çatıb, bunların da 94%-i xüsusi notariuslar tərəfindən rəsmiləşdirilib. Həmçinin, 324 min vətəndaşlıq vəziyyəti aktı qeydə alınıb. Ədliyyə Nazirliyindən verilən məlumata görə, bu əməliyyatlarla bağlı 44 milyon manatdan çox dövlət rüsumu və haqq ödənilib. Daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə notariuslar tərəfindən təxminən 40 milyon manat vergi dövlət büdcəsinə köçürülüb. Eyni zamanda, Azərbaycan brendi olan "ASAN xidmət" çərçivəsində il ərzində rəsmiləşdirilən əməliyyatların 21 faizi, verilmiş hazır sənədlərin 44 faizi ASAN mərkəzlərində fəaliyyət göstərən ədliyyə qurumları tərəfindən həyata keçirilib.