Komitənin əməkdaşları qadın məhbuslarla görüşüblər

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq çərçivəsində qadın məhkumların hüquqi maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Komitədən “Olaylar”a verilən məlumata görə, bu istiqamətdə işləri davam etdirmək məqsədilə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qadınların problemlərinin öyrənilməsi və həlli məqsədilə Komitənin əməkdaşlarının məhkumlarla görüşü keçirilib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq çərçivəsində qadın məhkumların hüquqi maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Komitədən "Olaylar"a verilən məlumata görə, bu istiqamətdə işləri davam etdirmək məqsədilə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qadınların problemlərinin öyrənilməsi və həlli məqsədilə Komitənin əməkdaşlarının məhkumlarla görüşü keçirilib. Görüş zamanı 15 məhkum qadın şikayət ərizələri ilə müraciət ediblər. Müraciətlər aşağıdakı mövzuları əhatə edib: Rayon və kəndlərdə övladları olan, lakin müxtəlif səbəblərdən onlarla görüşün mümkün olmaması, İnternat və uşaq evlərində təhsil alan uşaqların problemləri, Qadın müəssisəsində cəza çəkən qadınların ailələrinin sosial vəziyyətləri, Qadın müəssisəsində cəza çəkən qadınların övladlarının doğum haqqında şəhadətnamələrinin bərpa edilməsi, Ailələri ilə əlaqələri kəsilmiş, qohumları tərəfindən baş çəkilməyən qadınların doğmaları ilə ünsiyyət saxlaması, Əfv komissiyasına müraciət, Himayəyə verilmiş məhkumların uşaqlarının problemləri. Müraciət edən qadınların problemləri Dövlət Komitəsi tərəfindən araşdırılaraq zəruri tədbirlər görüləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31