Rusiyaya yeni sanksiyalar tətbiq olunacaq - ABŞ
Yeni antirusiya sanksiyaları yaxın gələcəkdə tətbiq olunacaq. Bunu jurnalistlərə açıqlamasında ABŞ Maliyyə naziri Stiven Mnuçin söyləyib. Onun sözlərinə görə, Vaşinqton artıq bunun üzərində iş aparır: “Biz bir müddət əvvəl yayımlanmış hesabat və kəşfiyyat məlumatlarından istifadə edərək, əlavə sanksiyaların tətbiqi istiqamətində işləyəcəyik. Bu, yaxın zamanlarda gerçəkləşəcək”.
31 Yanvar 2018 12:22 DünyaYeni antirusiya sanksiyaları yaxın gələcəkdə tətbiq olunacaq. Bunu jurnalistlərə açıqlamasında ABŞ Maliyyə naziri Stiven Mnuçin söyləyib. Onun sözlərinə görə, Vaşinqton artıq bunun üzərində iş aparır: "Biz bir müddət əvvəl yayımlanmış hesabat və kəşfiyyat məlumatlarından istifadə edərək, əlavə sanksiyaların tətbiqi istiqamətində işləyəcəyik. Bu, yaxın zamanlarda gerçəkləşəcək".
Qeyd edək ki, ABŞ dünən "Kreml hesabatı"nı yayıb. Siyahıya ümumilikdə 210 nəfər məmur, oliqarx və siyasətçinin adı daxil edilib. Axar.az