Gündəm

MTRŞ rəhbərliyi nöqsanlara görə radioların efirinin total şəkildə izlənməsi ilə bağlı xüsusi tapşırıq verib

31 Yanvar 2018 11:49

“Radiolarla bağlı bir sıra narahatlıqlar var. Həm monitorinq qrupunun müşahidələri, həm də ictimaiyyətdən gələn reaksiyalar göstərir ki, radioların fəaliyyətində heç də hər şey qaydasında deyil”. Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

Hindistanda qadınlara futbola baxmaq qadağan edilib

31 Yanvar 2018 11:45

Hindistanın Uttar-Pradeş ştatında müsəlman xanımların kişi futbol matçlarına tamaşa etməsi qadağan olunub. Bu barədə "The Times of India" qəzetində, yanvarın 30-da məlumat yayılıb. İslam dünyasının ən iri fiqh və ilahiyyat məktəblərindən sayılan Darül-Elm Deobəndənin müftisi Atar Kəsmi bəyan edib ki, qadınların şortla oynayan və ayaqları açıqda qalan kişilərə baxması yolverilməzdir, bu, şəriət qaydalarına ziddir.

Cümhuriyyətlə bağlı beynəlxalq elmi konfrans keçiriləcək

31 Yanvar 2018 11:46

Aprelin 11-dən 15-dək Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Türkiyənin Azərbaycandakı səfirliyi və Türkiyənin Atatürk Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V beynəlxalq elmi konfrans keçiriləcək.

Avropa İnsan Hüquqlarının Atatürkə hədiyyə etdiyi BOZQURD sərgidə

31 Yanvar 2018 11:44

Mustafa Kamal Atatürkə hədiyyə olunan bozqurd heykəli Samsunda yerləşən Qazi muzeyində sərgilənir. Olaylar.az bildirir ki, heykəl 1927 –ci il sentyabrın 7 –də Avropa İnsan Hüquqları məhkəməsi tərəfindən Atatürkə hədiyyə edilib. 1926 –cı il avqustun 2-də Türkiyənin 'Bozkurt'  sərnişin gəmisi ilə  Fransanın 'Lotus'  gəmisinin  Ege sahillərində toqquşması nəticəsində 8 türk boğularaq həlak olur. Hadisədən sonra Türk məhkəmələri “Lotus” gəmisinin kapitanına 80 gün həbs cəzası verir. Fransızlar buna etiraz edərək  Haaqa Daimi Məhkəməsinə müraciət edirlər. (Avropa İnsan Hüquqları Məhkəməsi).

Ərdoğan səfərlərini təxirə saldı

31 Yanvar 2018 11:43

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Latın Amerikası ölkələrinə səfərini təxirə salıb. Dövlət başçısı Vatikana səfərindən sonra Braziliya, Paraqvay və Venesuelaya getməyi planlaşdırırdı. Latın Amerikasına səfərin ləğv edilmə səbəbi barədə məlumat verilmir.

6,1 bal gücündə zəlzələ

31 Yanvar 2018 11:43

Əfqanıstanda 6,1 bal gücündə bir zəlzələ baş verib. Olaylar.az bildirir ki, paytaxt Kabil şəhərinin yaxınlığında yerləşən Jarm bölgəsində olan yeraltı təkan Pakistanda da hiss olunub. Təlafat və dağıntılar haqqında məlumat verilmir.

Sürpriz yumurtadan çıxan oyuncaq valideyni dəhşətə gətirdi

31 Yanvar 2018 11:41

4 yaşlı qızına sürpriz yumurta alan valideyn içindən çıxanı görəndə dəhşətə gəlib.  Yumurtanın içindən mavi balina çıxdığını görən qadın məhkəməyə şikayət ərizəsi yazıb. "Mavi balina oyunu oynayanlar qurtula bilmir. İntihar edir. 4 yaşlı uşağa bu, necə verilə bilər?" - qadın söyləyib.

"Alov qüllələri" yerləşən ərazi üçün sürüşmə təhlükəsi varmı - NAZİRLİKDƏN cavab

31 Yanvar 2018 11:31

Bakının mərkəzindəki "Alov qüllələri" binalar kompleksi yerləşən ərazidə sürüşmə gözlənilmir, həmin ərazidə vəziyyət stabildir. Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Deputat: "Azərbaycan məcburi köçkünlərə və qaçqınlara xüsusi dövlət qayğısı göstərir"

31 Yanvar 2018 11:28

Azərbaycan məcburi köçkünlərə və qaçqınlara xüsusi dövlət qayğısı göstərir və indiyə qədər dövlət tərəfindən qaçqın və məcburi köçkünlər üçün 100-dən artıq şəhərcik salınıb.

Ermənilər Avropada Qarabağ erməni separatçılığının SSRİ-ni dağıtması ilə öyünürlər

31 Yanvar 2018 11:25

AŞPA-da Ermənistan nümayəndə heyətinin üzvü Samvel Farmanyan Dağlıq Qarabağ separatçılıq hərəkatının 30 illiyi barədə mühazirə oxudu. Mühazirədə əsas leytmotiv SSRİ-nin dağılması üzərində idi; Qarabağ hərəkatı və SSRİ-nin bu hərəkata qarşı müqavimət göstərə bilməməsi nəticədə SSRİ-nin dağılmasına gətirib çıxartdı. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

28 il sonra anasına qovuşdu: həqiqət hər kəsi ŞOKA SALDI - VİDEO

31 Yanvar 2018 11:22

Türkiyədə qadın "İncirlik" hərbi bazasındakı amerikalı ailəyə övladlığa verdiy qızıyla 28 il sonra Esra Erolun proqramında qovuşub.

Ermənilər atəşkəsin pozulması zamanı iriçaplı pulemyotlardan istifadə edir

31 Yanvar 2018 11:19

“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 114 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Bağçaların və körpələr evlərinin işçiləri ildə bir dəfə tibbi müayinədən keçiriləcək

31 Yanvar 2018 11:17

Nazirlər Kabineti “Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi Qaydası”nı təsdiq edib. Məlumata görə, Qaydaya əsasən təhsilverənlərlə əmək müqaviləsi bağlanılarkən onların yaşadığı ərazi üzrə ambulator və ya stasionar tibbi xidmət göstərən tibb müəssisəsindən sağlamlıq haqqında arayışın təqdim olunması vacibdir.

Moskvada avtobus qəza törədib

31 Yanvar 2018 11:15

Bu gün səhər saatlarında Moskva şəhərində içərisində sərnişinlər olan avtobus yol ayrıcına çırpılıb. Hadisə nəticəsində 14 nəfər xəsarət alıb. Hadisənin sürücünün idarəetməni itirməsi nəticəsində baş verdiyi ehtimal edilir.

Direktor: “Talassemiyalı xəstələrə pullu xidmətdən söhbət gedə bilməz”

31 Yanvar 2018 11:12

“Azərbaycan prezidentinin imzaladığı müvafiq fərmana əsasən, Səhiyyə Nazirliyinin tabeliyində olan Respublika Talassemiya Mərkəzinə publik hüquqi şəxs statusu verilib. Burada əsas məqsəd mərkəzin maddi-texniki bazasının möhkəmləndirilməsi, mərkəzdə müasir laborator hissə və digər hissələrin talassemiyalı xəstələrlə yanaşı, digər qan xəstələrinə xidmət göstərilməsini təmin etməkdir”. Bunu Respublika Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov bildirib.