"Alov qüllələri" yerləşən ərazi üçün sürüşmə təhlükəsi varmı - NAZİRLİKDƏN cavab

Bakının mərkəzindəki "Alov qüllələri" binalar kompleksi yerləşən ərazidə sürüşmə gözlənilmir, həmin ərazidə vəziyyət stabildir. Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, "Alov qüllələri" binalar kompleksi Bayıl yamacındakı sürüşmə sahəsindən kənardadır: "Kompleksdəki binaların tikintisi zamanı çox dərin qatlara müvafiq daşlardan laylar vurulub. Yəni binalar xüsusi layihə ilə tikilib. "Hər an hansısa təhlükə ola bilər" deyə bir şey yoxdur. Hazırda orada stabil vəziyyətdir, heç bir dəyişiklik yoxdur". Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31